Aliminium və Mis Profilləri Zavodu

Ümumi məlumat

STP-nin Alüminium və mis profilləri zavodu 2014-ci ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir.

STP-nin Alüminium və mis profilləri zavodu 2014-ci ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Müəssisədə “HANKELL Rus” (Rusiya), “TAISS” (İtaliya) kimi bu sahə üzrə ixtisaslaşmış müəssisələrdə təlim keçmiş mütəxəssislər fəaliyyət göstərir.

Alüminium profillərin istehsalı sahəsi presləmə yolu ilə müxtəlif en kəsikli və konfiqurasiyaya malik profillər və zolaqlar istehsal olunur. İstifadə olunan xammal alüminium əritmə və pəstahlama sahəsində emal edilir.

Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. İstismara 2015-ci ildə verilib. İstifadə olunan avadanlıqlar Türkiyənin “BOTERSAN” şirkətinə məxsusdur.

Alüminium əritmə və pəstahlama sahəsində xammal əridilərək profillərin istehsal sahəsinə göndərilir. Sobaların illik məhsuldarlığı 30000 tondur. Burada 4 ölçüdə - diametri 152 mm, 178 mm, 203 mm, 254 mm-lik, tərkibi və mexaniki xüsusiyyətləri EN 573-3 standartının tələblərinə uyğun AA6060, 6061, 6063, AD-31 markalı pəstahlar istehsal olunur. Həmin pəstahların həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinin qeyd olunan standartın tələblərinə uyğunluğu məhsulumuzu digər müəssisələrdə buraxılan məhsullardan fərqləndirən əsas faktorlardandır. Bunu bir çox aparılan sınaqların nəticələri də təsdiq edir. Bu isə istismarda olan həm əritmə sobalarının, həm də tökmə maşınının və homogenizasiya kompleksinin yüksək keyfiyyəti, texnoloji personalın ustalıq səviyyəsi və texnoloji reqlamentin tələblərinə tam riayət olunması ilə əlaqədardır.

Alüminium və mis profilləri zavodu fasad profillər, uzunluğu 6 metr, diametri 152 mm, 178 mm, 203 mm, 254 mm olan alüminium boşluqlar, isti və soyuq seriyalı profillər, pəncərə sistemləri, yüksək gərginlikli otaqlarda istifadə olunan alüminium elektrik şinləri, standart profillər, habelə müştəri istəyinə uyğun profillər istehsal olunur.

Müəssisənin keyfiyyət idarəetmə sistemi ISO 9001 tələblərinə uyğun olaraq sertifikatlaşdırılmışdır. İstehsal prosesində beynəlxalq standartlara cavab verən xammaldan və avadanlıqlardan istifadə olunur.