İnşaat Məmulatları Sexi

Ümumi məlumat

İnşaat məmulatları sexi 2013-cü ildən ”Sumqayıt Texnologiyalar Parkı” MMC-nin tərkibində fəaliyyət göstərir.

İnşaat məmulatları sexi 2013-cü ildən ”Sumqayıt Texnologiyalar Parkı” MMC-nin tərkibində fəaliyyət göstərir. Sexdə istehsal olunan məhsullar tikinti sektoru və abadlaşdırma sahəsində geniş istifadə olunur. Hazırda burada 3 istehsal sahəsi faəliyyət göstərir: Beton məmulatları, mebel istehsalı və şəbəkə sistemləri və şüşə paketlərin hazırlanması, quraşdırılması.

Beton məmulatları istehsalı sahəsində quru betondan 15 adda müxtəlif ölçü və formada döşəmə və səki daşları, beton bloklar istehsal olunur. Onların yığılması və paketləmə işləri həyata keçirilir. Bundan başqa 2-ci beton istehsalı dəzgahında sifariş əsasında müxtəlif markalı maye beton istehsal edilir. Sahədə beton qarışdırıcı və bu betonu yüksək təzyiqlə kipləşdirən dəzgahlardan istifadə olunur.

Mebel istehsalı sahəsində sifarişlər əsasında taxta, laminat və mdf materiallarından istənilən ölçüdə, müxtəlif növ və rəngdə qapı, pəncərə, ofis və mətbəxt mebelləri hazırlanır, lazım gəldikdə rənglənir və quraşdırılır. Sahədə taxta və mebel istehsalı dəzgahlarından istifadə olunur.

ŞS və ŞPHQS-də alüminium, plastik qapı pəncərə sistemi və cəbhə sistemi,şüşə arakəsmələr, jalüz pərdələri hazırlanıb, quraşdırılması həyata keçirilir. Bundan başqa bu sahədə müasir avadanlıqlarla şüşələrin kəsilməsi, yonulması, temperlənməsi, frezlənməsi, paketlənməsi, laminə olunması və paketlərə arqon qazının vurulması həyata keçirilir.Sahədə şüşə kəsmə, radaj, lamina, temper və mazlama dəzgahlarından istifadə olunur.

İnşaat məmulatları sexində istifadə olunan dəzgahlar Avropa istehsalıdırlar.