İnvestorlar üçün

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) əsas prioritetlərindən biri bütün investorlar üçün şirkətin dəyərinin artmasını təmin etmək, hər zaman onların hüquqlarını qorumaq və idarəetmədə iştiraklarını təmin etməkdir.

Müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksi olan STP, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. Şirkətin əsas məqsədi daima hər kəsdən hər şeydə ən yaxşı olmaqdır. Buna nail olmaq üçün STP qarşısına bir sıra məqsədlər qoyub:

  • Elmi-texniki potensialı aktiv şəkildə inkişaf etdirmək, istehsal prosesində innovativ texnologiyaları daima tətbiq etmək;
  • Ekologiyanın qorunması, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarına əmək etməklə, yüksək standartlara cavab verən məhsulların istehsalını genişləndirmək;
  • Ölkənin və regionun iqtisadi-sosial inkişafını təşviq etmək, sosial investisiya proqramlarını həyata keçirmək və layihələrdə yaxından iştirak etmək;
  • Həm daxili, həm də xarici bazarda müştərilərimizi yüksək keyfiyyətli məhsullarla təmin etmək, istehlakçılarla uzunmüddətli əməkdaşlıq əlaqələrini qorumaq;
  • İş ortaqlarımızla münasibətləri inam və qarşılıqlı hörmət prinsipi əsasında qurmaq;
  • İnvestorlara şirkətin rəqabət üstünlüklərini maksimum istifadə etmək imkanını nümayiş etdirmək.

“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) daxili və xarici investorlar, maliyyə institutları ilə əməkdaşlığa daima açıqdır. Azərbaycanın ilk texnologiyalar parkı olaraq həyata keçirdiyimiz layihələrdə investorları tərəfdaş kimi görməkdən məmnunuq.