İsmayıllı Velosiped Zavodu

İsmayıllı Velosiped Zavodu

İsmayıllı Velosiped Zavodu 2016-cı il avqust ayının 10-da fəaliyyətə başlamışdır.

  • Kateqoriyalar: Müəssisə
  • Yer: İsmayıllı rayonu
  • Tikildiyi il: 2016

İsmayıllı Velosiped Zavodu 2016-cı il avqust ayının 10-da fəaliyyətə başlamışdır. Zavodun açılışında prezident İlham Əliyev iştirak etmişdir. Zavodun əsas fəaliyyət sahələri velosipedlərin və əlil arabalarının istehsalıdır. Hazırda zavodda 100 nəfərə yaxın isçi çalışır. Zavodun ümumi istehsal ərazisi 2200 kv.metrdir.

İstehsalatda istifadə olunan ehtiyyat hissələri Yaponiya, Tayvan, Malaziya və Almaniyadan gətirilir. SHIMANO, JOYTECH, Scwalbe, Continental, SUNTOUR kimi ehtiyyat hissələri “İSMA” velosipedlərinin ayrılmaz tərkib hissələrinə çevrilmişdir.

“Sumqayıt Texnologiyalar Parkı” MMC İsmayıllı Velosiped Zavodunun tikintisində yaxından iştirak etmişdir. Texnopark zavodun tikintisi zamanı 350 ton metal konstruksiya, 80000 m² sendviç panel və digər məhsulları ilə təmin etmişdir.