Oksigen O2

Ümumi məlumat

Oksigen birbaşa üzvi maddələrlə təmasda olduqda alışmaya və partlayışa səbəb ola bilən güclü oksidləşdirici agentdir.

Oksigen - adi halda (T=20°C, P= 760 mm c. sütunu) - dadsız və iysiz, su ilə zəif həll olan rəngsiz qazdır.

Yüksək oksigen konsentrasiyalı (23%-dən yuxarı) ərazilər siqaret çəkilməyən, elektrik qızdırıcı və açıq alov istifadəsi qadağan olan ərazilərdir, çünki yanğına səbəb olur.

Metallurgiya, metalların qaynağı və kəsilməsi, raket yanacağı, tibb sahəsi, şüşə sənayesində istifadə olunur.