Pəncərə altlığı

Ümumi məlumat

STP Polimer markası altında, digər məhsullarla yanaşı, PVC-dan pəncərə altlıqları da istehsal olunur. Bu pəncərə altlıqları çoxkameralı profil şəklindədir. Profilin eni 600mm, uzunluğu 6000mm, qalınlığı isə 20 mm-dir.

Üst səthin qalınlığının artırılması bütöv konstruksiyanın möhkəmliyini yüksəldir və üzərinə düşən yükün en kəsiyi üzrə səmərəli paylanmasını təmin edir.

Daxildəki şaquli arakəsmələri ilə möhkəmlənmiş pəncərə altlığı bütün növ təsirlərə dözür (əyilmə, zərbə, təzyiq və s.)

Bizim şirkət Almaniyanın Hornschuch şirkətinin lentləri ilə laminasiya olunmuş pəncərə altlıqları təqdim edir. Bundan əlavə, biz bu sahədə son nailiyyətlərə aid olan akril qətranı əsasında Almaniyanın ELESGO şirkəti tərəfindən istehsal olunan dekorativ qoruyucu lentləri təqdim edirik.


ELESGO şirkətinin lentləri məhsula aşağıda göstərilmiş özəlliklər verir:

  • Ekoloji qüsursuzluq - tərkibində formaldehid və həlledici saxlamır
  • Antistatikdir - tozu özünə cəlb etmir
  • Gigiyenikdir - xüsusi qulluq tələb etmir, asan təmizlənir
  • Dekor müstəsna görünüşlü və optiki cəhətdən effektivdi
  • Elesgo lentləri yüksək səviyyəli möhkəmliyi və yeyilməyə davamlılığı ilə seçilir
  • Ləkələnmir və məişətdə istifadə olunan kimyəvi maddələrin təsirinə davamlıdır
  • Yüksək temperatura dözümlüdür
  • Günəş şüaları altında rəngini dəyişmir (ultrabə-növşəyi şüalara qarşı davamlıdır)