Polikarbonat lövhələr

Ümumi məlumat

Polikarbonatın başqa materiallardan üstünlükləri:

  • Yüksək təsir müqavimətliliyi - Polikarbonat lövhələr şüşədən 200 dəfə, akril tərkibli plastiklərdən isə müqavimətə 8 dəfə artıq dözümlüdür. Bu material elə davamlıdır ki, daş və ya çəkic zərbələrini kiçicik zərər olmadan tab gətirir. Bu materialla örtülmüş istixanalar tufan vaxtı zədə görmür;
  • Yüngül çəki - Polikarbonat lövhələr eyni qalınlıqlı şüşədən 16 dəfə, akril tərkibli plastiklərdən isə 3 dəfə yüngüldür;
  • Yüksək istilik izolyasiyası; İstilik keçiriciliyi aşağıdır, adi, bir qat şüşədən fərqli olaraq istilik keçiriciliyə dözümlülüyü yüksəkdir, buna görə də qızdırma və ya soyutma zamanı enerji sərfiyyatını təxminən 30-50% azaldır;
  • Yüksək işıq ötürücülüyü - Şəffaflıq 86%-ə qədərdir. Bu, maksimum işıq ötürülməsi üçün ideal materialdır. İşıq ikiqat lövhələrdən keçərək səpələnir və kölgə yaratmır;
  • Əla səs izolyasiyası - Bu dəyər polikarbonat lövhələrin qalınlığından asılıdır, bu material üçün orta səs ötürülməsi 16-26 dB arasındadır;
  • Uzunömürlülük - Polikarbonat zəmanət müddəti ərzində (zəmanət müddəti 10-12 ildir) və daha uzun müddətdə öz fiziki-mexaniki və temperatur xüsusiyyətlərini dəyişmir;
  • Təhlükəsiz şüşələmə - Polikarbonatın əsası polimer olduğundan, polikarbonatdan hazırlanan lövhələr qırılmır, çatlamır və ya hər hansı təsirlər nəticəsində kəskin parçalanma yaratmır;
  • UV radiasiyasından müdafiə - Lövhələrin üzərindəki xüsusi qoruyucu qat ultrabənövşəyi radiasiyanın içəri daxil omasının qarşısını alır.

Məsaməli polikarbonat lövhələrin özünəməxsus xüsusiyyətləri:

  • Məsaməli polikarbonat lövhələrin yüngüllüyü orijinal konstruksiyalar hazırlamağa imkan verir, işıqlandırma sahəsinin həcmini artırır, qaldırıcı mexanizmlərin köməyi olmadan quraşdırılması həyata keçirilir;
  • İnşa olunan obyektin maya dəyərinin azaldılması, məsaməli polikarbonatın tətbiqi inşa obyektinin ümumi maya dəyərini azaldır, həmçinin, qatların yüngül çəkisi tikililərin həcminin azaldılmasına imkan verir;
  • Asan emal – qatları sadə kəsici alətlərlə asanlıqla kəsərək istənilən formaya salmaq olur;
  • Kimyəvi maddələrə müqavimətlilik – məsaməli polikarbonat lövhələr bir çox kimyəvi maddələrin və birləşmələrin təsirinə davamlıdır;
  • Asan təmizləmə – məsaməli polikarbonat lövhələr adi su və pambıq parçanın köməyi ilə asanlıqla təmizlənir (bəzi hallarda təmizləyici vasitələrin istifadəsinə icazə verilir, buna baxmayaraq, polikarbonatı ammoniumlu vasitələrlə təmizləmək məsləhət görülmür, onlar polikarbonatı zədələyir);
  • Polikarbonat lövhələrin tikinti sənayesində istifadəsini vacibləşdirən xassələrindən biri onun istənilən iqlim şəraitində əlverişli olmasıdır, məsələn, –50°C - + 120°C temperatur aralığında materialın xassələri dəyişmir, yüksək temperatur dəyişmələrinə müqavimətliliyi ilə fərqlənir. Xüsusən istixanalar üçün istifadə edilən polikarbonat lövhələr əlavə qoruyucu tədbirlər alınmadan, şiddətli qış donmalarına dözür.

Məsaməli polikarbonatın tətbiqi sahələri:

Tikintidə:

  • işıqkeçirici dam örtükləri;
  • damlar, divarlar və vitrinlərin şüşəbəndlənməsi;
  • tağ örtükləri, çardaqlar;
  • işıq (zenit) fənərləri;
  • yanacaqdoldurma məntəqələri, avtodayanacaqlar, avtovağzallar, avtobus dayanacaqları;
  • hovuzlar, idman qurğuları;
  • hasarlamalar, səskeçirməyən daxili arakəsmələr;
  • daxili qapılar və balkonların şüşələnməsi.

Kənd təsərrüfatında:

  • İstixanalar
  • Qış bağları
  • Saxlanma anbarları

Reklam və dizayn işlərində:

  • Sərgi stendləri
  • Pavilyonlar
  • Vitrinlər
  • Xarici işıq reklamları

Polimer Məmulatlar zavodu 4 mm – 40 mm qalınlıqda yüksək keyfiyyətli polikarbonat lövhələr təklif edir. Qalınlıqlarından asılı olaraq məsaməli polikarbonat lövhələrin tətbiqi sahələri aşağıdakılardır:

  • 4 mm – qış bağları, istixanalar, asma tavanlar və reklam konstruksiyaları (sərgi stendləri və vitrinlər)
  • 6 mm – geniş tətbiq sahəsinə malikdir (günlük, istixanalar, vitrajlar)
  • 8 mm – geniş tətbiq sahəsinə malikdir (arakəsmələr, günlüklər, istixanalar, damlar)
  • 10 mm – şaquli və qismən üfüqi səthlərin başdan-başa şüşələnməsi üçün (zenit fənərləri, avtomagistrallar üçün səs keçirməyən çəpərlər)
  • 16 mm – böyük aşırımlı tavanlar üçün (binalar, qurğular)
  • 20 mm – stadionların, idman qurğularının, hovuzların, piyada keçidlərinin, avtodayanacaq örtüklərinin, çardaq pəncərələri və balkonların şüşəbəndlənməsi.

Polikarbonatın texniki parametrləri

 

XassələrТəbəqələrin qalınlığı,mm
468101620
Çəkisi, кq/m20,91,31,51,72,73,1
Мinimal əyilmə radiusu, m0,71,051,31,62,53,5
Səs izolyasiyası, dB161819202123
İstilikötürmədə termiki müqavimət R, m² °С/Vt *0,240,270,280,290,360,37
İstilikötürmə əmsalı, Vt/m²х°К *4,13,73,63,12,01,8
İşıq keçirmə (rəngsiz və şəffaf təbəqələr üçün) *848282807679
Zərbə enerjisinin udulması, Nm21,327>27>27>27>27
Təbəqənin standart uzunluğu,m666666
Təbəqənin eni, m2,12,12,12,12,12,1

POLİKARBONAT PROFİLLƏR

Polikarbonat profillər, xüsusi olaraq, məsaməli polikarbonat lövhələrin quraşdırılması üçün nəzərdə tutulmuşdur. Profillərin əyilmə radiusu, termiki genişlənmə əmsalı lövhələrin həmin parametrləri ilə eynilik təşkil edir.

Polikarbonat profillər çöx yüksək möhkəmliyə malikdir, işığı yaxşı keçirir, kiçik çəkiyə malikdir və ultrabənövşəyi şüaların təsirinə qarşı davamlıdır.

Birləşdirici profillər çox uzun məsafəli örtüklərin çəkilməsində, xüsusilə, yarımqaranlıq damların örtük işlərində istifadə olunurlar ki, lövhələrin birləşdiyi yerlərdən də işıq şüaları keçə bilsin. Profillərin günəşin radiasiya şüalarından qorunması üçün çöl tərəfdən xüsusı qoruyucu örtüklə örtülürlər.

Polikarbonat profillərin üstünlükləri: polikarbonat lövhələrin birləşmə yerlərində işıq şüalarının ötürülməsi; çox yüngül çəki; əyilə bilməsi və hermetik örtüklərin əmələ gəlməsi.


Texniki xarakteristikası:

Profilin tipiProfilin çəkisi, q/mHəndəsi ölçüləri,mmProfilin divarının qalınlığı,mmProfilin uzunluğu,m
AB
Sökülməyən birləşdirici profillər
HP 4-61068,7652,550,716
HP 818311,368,720,93
HP 1027714,0484,891,15
Profilin tipiProfilin çəkisi, q/mHəndəsi ölçüləri,mmProfilin divarının qalınlığı,mmProfilin uzunluğu,m
AB
Sökülə bilən birləşdirici profillər (qapaq + baza)
HP 8-1618418,660,01,26
HP 8-1016616,462,0
HP 1620623,062,0
Profilin tipiProfilin çəkisi, q/mHəndəsi ölçüləri,mmProfilin divarının qalınlığı,mmProfilin uzunluğu,m
AB
Qapayıcı profil
UP 4506,8224,00,96
UP 6649,025,01,0
UP 86811
UP 107013,0
UP 167219,0

Sökülməyən birləşdirici profillər

Sökülməyən birləşdirici profillər, hər şeydən öncə, kiçik konstruksiyalı polikarbonat lövhələrdə - birləşmə məsafələrinin daha az olduğu konstruksiyalarda istifadə edilir. Bu profil şaquli vəziyyətdə olan polikarbonat panellərin birləşdirilməsi üçün idealdır (ofis arakəsmələri, reklam şitləri, işıq qutuları və s.).

Sökülə bilən birləşdirici polikarbonat profil

Panellərin karkas ilə və eyni zamanda öz aralarında tez və etibarlı birləşməsini təmin edir. Profil iki hissədən ibarətdir: alt hissə - “baza” və yuxarı hissə - bağlayıcı “qapaq”.

Qapayıcı polikarbonat profil

Bu tip polikarbonat profillər polikarbonat lövhələrin uclarını qapamaq və kip birləşdirməkdən ötrüdür. Qapayıcı profillər polikarbonat təbəqələrin uclarına haşiyə verməklə yanaşı onları sınma, əyilmə və digər deformasiyalardan qoruyur, habelə, məsamələrin daxilində əmələ gələn kondensatı kənarlaşdırır. Bu tip profillər digər sərt materiallardan hazırlanmış uyğun qalınlığa malik təbəqələrin də uc hissələrinin haşiyələnməsindən ötrü istifadə edilə bilər.


QAPAYICI BİRLƏŞMƏYƏ MALİK POLİKARBONAT PANELLƏR

İstismar müddəti 50 il olan bu panellər bir çox məqsədlər üçün, xüsusilə dam örtüklərinin konstruksiyalarında istifadə olunurlar. Günün işıqlı vaxtından səmərəli istifadə etmək və elektrik enerjisinə qənaət baxımından əvəzsizdirlər. Polikarbonat panellərin malik olduqları qapayıcı birləşmələr onların sendviç panellərlə və biri-biri ilə kip birləşməsini təmin edir.


Texniki xarakteristikası:

Panelin qalınlığı, mmPanelin 1 m2-nin çəkisi, kq

Panelin uzunluğu x eni, mm

İşıqburaxma əmsalı,%İstilikötürmə əmsalı, Vt/m²х°К

35

40

4,1

4,3

12000 x 1000

12000 x 1000

68

63

1,50

1,45