Polimer Məmulatlar Zavodu

Ümumi məlumat

Polimer Məmulatlar Zavodu (PMZ) Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir.

Polimer Məmulatlar Zavodu (PMZ) Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir.

PMZ-də hazırda polimer borular, polimer fitinqlər, sarınmış ve polimer kompozit borular, PVC qapı-pəncərə profilləri və onların laminasiyası, mikser-dozator ve kabel plastikatı, su və kanalizasiya boruları, polikarbonat lövhə istehsalı sahələri fəaliyyət göstərir. Bu sahələrdə PE 100 xammalı əsasında istehsal olunan 16 ÷ 1200 mm diametrli su və qaz boruları, isti və soyuq su təchizatı sistemlərində istifadə edilən, + 90°C-yə kimi davamlı şüşə lifli üçqat PPRC fiber borular, damcı suvarma boruları, koruge borular (elektrik, telekommunikasiya xətlərinin ötürülməsində, təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında geniş istifadə edilən), 150 – 1000 mm diamertli genağız borular, genağızlı polipropilen və PPH kanalizasiya boruları, (800 – 3500 mm) yüksək və alçaq təzyiqli koruge borular istehsalında ixtisaslaşıb. İstehsal olunan bütün boru növləri üçün diametrindən və materialından asılı olaraq onlara aid geniş çeşidli fitinqlər, genağız və kipləşdirici rezin halqalar, flanslar və flans adaptorları istehsal olunur ki, bunun sayəsində quraşdırma işləri asanlaşır. Plastik borularla yanaşı müxtəlif növ PE, PP qurğular, polikarbonat lövhələr, polietilen örtük və paketlər, PVC profillər istehsal edilir.

Zavodda 80-dən artıq müxtəlif istehsal xəttləri fəaliyyət göstərir. Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Bütün hazır məhsullar Danimarkadan gətirilmiş laboratoriyalarda sınaqdan keçirilir. Bizim laboratoriyalar ISO 9001:2008 və ISO 17025:2008 standartlarına uyğun akkreditə olunub.

Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.