PVC

Ümumi məlumat

2013-cü ildə daxili bazarın tələblərini nəzərə alaraq STP PVC qapı-pəncərə profillərinin və boruların istehsalına başlamaq qərara alınmışdır. 2014-cü ilin əvvəllində ilk olaraq Polimer Məmulatlar zavodu, yüksək keyfiyyətli yeni bir məhsulunu - PVC qapı-pəncərə sistemlərini Azərbaycanın bazarına çıxarmışdı.

2013-cü ildə daxili bazarın tələblərini nəzərə alaraq STP PVC qapı-pəncərə profillərinin və boruların istehsalına başlamaq qərara alınmışdır. 2014-cü ilin əvvəllində ilk olaraq Polimer Məmulatlar zavodu, yüksək keyfiyyətli yeni bir məhsulunu - PVC qapı-pəncərə sistemlərini Azərbaycanın bazarına çıxarmışdı.

Polimer Məmulatlar zavodunda (PMZ) Almaniyanın Zeppelin Systems GmbH şirkətinin köməyi ilə yüksək texnologiyalı tam avtomatlaşdırılmış mikser-dozasiya sistemi yaradıldı. Bu sistemin köməyi ilə xammalın siloslara yüklənməsi və hazır xammal qarışığın ekstruziya xəttinə ötürülməsi prosesi avtomatik həyata keçirilir. Bu sahədə dövrü proses zamanı tozun ətrafa yayılması qarşısının alınmasını və sahənin təmiz saxlanmasını təmin edən güclü aspirasiya sistemi quraşdırılmışdır.

Bizim profillər Krauss Maffei Teсhnologies GmbH şirkətinin ən müasir ekstruziya xətlərində və məhsulun səthinin ideal hamar şəkildə alınmasına imkan yaradan Greiner Extrusion GmbH şirkətinin ən son texniki nailiyyətlərini özündə birləşdirən qəliblər və kalibrləyici avadanlıqlarında istehsal olunur. Bu şirkətlər öz bölgələrində lider hesab olunurlar.

Buraxılan profillərin keyfiyyəti Almaniyanın IKA Innovative Kunststoffaufbereitung GmbH & Co. KG şirkəti tərəfindən hazırlanmış orijinal resept qarışığı vasitəsi ilə təmin olunur.

Biz yüksək keyfiyyətli istehsal olunmuş məhsullara nail olmaq üçün INEOS Vinyls Sales GmbH alman şirkətinin PVC-qətran və DuPont International Operations Sarl, IKA Innovative Kunststoffaufbereitung GmbH & Co. KG, Kaneka, Erciyes Mikron kimi dünya istehsalçılarının kimyəvi əlavələrindən istifadə edirik. Bunlar hamısı bizə yüksək fiziki-kimyəvi parametrli və xüsusi bəyazlığı malik məhsul almağa imkan verir.

Xüsusilə, qeyd etmək istəyirik ki, STP-nin PVC istehsal etdiyi S60 və S70 profilləri ətraf mühitin müdafiəsi üzrə Avrokomissiyanın standartlarına cavab verir, ona görə ki, istehsal zamanı stabiləşdiricinin tərkibində olan qurğuşun ekoloji təhlükəsiz kalsium-sink birləşməsi ilə əvəz olunub.

Beləliklə, profil bir sıra üstünlüklər nümayiş etdirir, məsələn, ekoloji kalsium-sink stabilizatoru STP-nin PVC profilinin üz səthinin hər bir hava durumunda daha uzun müddət ağ və parlaq qalmasına imkan yaradır.

Bizim profil sistemi Avropa pəncərə profilləri üçün olan keyfiyyət tələblərinə və ГОСТ 30673-99 standartının A sinfinə cavab verir.

Müasir zamanda PVC profillərindən olan pəncərələr binaların tikintisi və yenidən qurulması üçün ən optimal seçimdir. PVC profillər yüksək istismar keyfiyyətlərinə malikdirlər. Ağac və alüminiumdan hazırlanmış pəncərələrlə müqayisədə bir sıra əhəmiyyətli üstünlükləri var. O cümlədən qiyməti daha aşağıdır.


Müasir PVC qapı və pəncərə sistemlərinin üstünlükləri:

1. Bütün hava şəraitlərinə uzun müddətli davamlılıq
PVC-dan hazırlanmış pəncərələr uzunömürlüdür və bütün növ hava şəraitlərinə dözümlüdür. Qar, yağış, külək və temperaturun kəskin dəyişməsi onlara təsir edə bilmir. Keyfiyyətli profildən hazırlanmış pəncərənin istismar müddəti 40 ildən yuxarıdır.

2. Estetik xarici görünüşü
PVC pəncərələrinin estetik xarici görünüşü həm ofisini-zin, həm də evinizin interyerinə uyğunlaşacaqdır. Müasir texnologiyalar hər bir ölçüdə, formada və rəngdə pəncərə hazırlanmasına imkan verir. Plastik pəncərələr hər bir dizayna və stilə uyğun hazırlana bilər.

3. Germetiklik (kip olması)
Birləşmə yerlərinin germetik olması və şüşə paket-lərdən istifadə olunması bu nəticəyə gətirir ki, plastik pəncərələr - çox yüksək səs və istilik izolyasiyasını təmin edirlər. PVC profillərindən hazırlanmış qapı və pəncərələrin quraşdırılması sizin evlərinizin isidilmə- sinə çəkdiyiniz xərcləri azaldacaq. Yüksək səs izolyasiyası səs-küylü şəhərlərdə yaşayan hər bir insan üçün aktualdır.

4. İstismarda sadəlik
Plastik pəncərələr xüsusi qayğı tələb etmirlər. Onları tərkibində həlledici olmayan, sadə yuyucu vasitələr ilə yumaq olar. Qoruyucu vasitələrdən mütəmadi istifadə olunmasına ehtiyac yoxdur. Plastik pəncərələrin təkrar rənglənməsi və laklanması, qış aylarında əlavə isidil-məsi tələb olunmur. Onların bütün mexanizmləri və aksesuarlar da əlavə qulluq tələb etmirlər.

5. Yanğın təhlükəsizliyi
PVC - çətin alışan və öz-özünə sönən maddədir. Plastik pəncərələr həm yerli həm də beynəlxalq yanğın təhlükəsizliyi standartlarına cavab verir.

6. Ekoloji təmiz və insan sağlamlığı üçün tam zərərsiz olması
Plastik pəncərələr özlərindən heç bir zərərli maddə buraxmılar. PVC-nin ekoloji təmiz və insan orqanizmi üçün tam zərərsiz olması xüsusi sertifikatlarla və müxtəlif laborator sınaqlarla təsdiq olunmuşdur.


PVC S 60

  • Montaj eni 60 mm olan profil sistemi
  • Əsas profillərin dörd kameralı strukturu
  • Xarici və daxili kipləşdirici sistem
  • Xarici divarların qalınlığı - 2,5mm.
  • Qalınlığı 4mm-dən 30mm-ə qədər olan tək, ikiqat, üçqat şüşəli paket istifadə olunur
  • Çölə və içəri açılan qapı profilləri
  • Artırılmış işıq keçirmə səthi (üz) qoşa profillərin (çərçivə+qanad = 116mm) minimallaşdırılmış hün-dürlüyünün hesabına nail olunmuşdur
  • Çərçivə və qanad profillərində fərdi möhkəm- ləndirici metaldan istifadə olunur
  • Kilidli qapı və qanad profilinin furnitur dəliyi¬nin ox məsafəsi 13mm-dir
  • Pəncərə qanadının maksimal ölçüsü - 150smx150sm
  • Balkon üçün qapı qanadının maksimal ölçüsü-90smx235sm
  • Uzun ömürlülük (şərti illər) - 40 ildən çox
  • Standart icrada kipləşdiricinin rəngi - qara
  • Şaxtaya davamlılıq - mənfi 50C qədər
  • İstilik keçirmə xassəsinin müqavimət əmsalı, m2 0C/Vt - 0,70
  • Etibarlı səs izolyasiyası 4-cü dərəcəyə qədər (43 dB)
  • Havalandırma sisteminin (Regel-Air) quraşdı¬rılması mümkünlüyü
  • Uyğun furniturla komplektləşdirilmiş PVC S 6000 sisteminin PVC pəncərələri sındırılmaya qarşı davamlılığa zəmanət verir
  • Müxtəlif rəng spektrlərində əlverişlidir
  • Su keçirməzliyi - sinif A, ən azı 600 Pa (ГОСТ 30673-99)
  • Havakeçiriciliyi - sinif A, 3 m3/m2 •s (ГОСТ 30673-99)
  • Külək gücünə qarşı müqaviməti - sinif B, 800-999 Pa (ГОСТ 30673-99)

PVC S 70

  • Montaj eni 70mm olan profil sistemi
  • Əsas profillərin altı kameralı strukturu
  • Xarici və daxili kipləşdirici sistem
  • Xarici divarların qalınlığı - 2,5mm
  • Qalınlığı 4mm-dən 30mm-ə qədər olan tək, ikiqat, üçqat şüşəli paket istifadə
  • olunur
  • Çölə və içəri açılan qapı profilləri
  • Artırılmış işıq kecirmə səthi (üz) qoşa profillərin (çərçivə+qanad = 116mm) minimallaşdırılmış hündürlüyünün hesabına nail olunmuşdur
  • Çərçivə və qanad profillərində universal möhkəmləndirici metaldan profil istifadə olunur
  • Kilidli qapı və qanad profilinin furnitur dəliyinin ox məsafəsi 13mm-dir
  • Pəncərə qanadının maksimal ölçüsü - 150smx150sm
  • Balkon üçün qapı qanadının maksimal ölçüsü-90smx235sm
  • Uzun ömürlük (şərti illər) - 40 ildən çox
  • Standart icrada kipləşdiricinin rəngi- qara
  • Şaxtaya davamlılıq - mənfi 50C qədər
  • İstilik keçirmə xassəsinin müqavimət əmsalı, m2 0C/Vt - 0,70
  • Etibarlı səs izolyasiyası 4-cü dərəcəyə qədər (45 dB)
  • Havalandırma sisteminin (Regel-Air) quraşdırılması mümkünlüyü
  • Uyğun furniturla komplektləşdirilmiş PVC S 7000 sisteminin PVC pəncərələri sındırılmaya qarşı davamlılığa zəmanət verir
  • Müxtəlif rəng spektrlərində əlverişlidir
  • Su keçirməzliyi - sinif A, ən azı 600 Pa (ГОСТ 30673-99)
  • Havakeçiriciliyi - sinif A, 3m3/m2s (ГОСТ 30673-99)
  • Külək gücünə qarşı müqaviməti - sinif B, 800-999 Pa (ГОСТ 30673-99)

PVC profillərin sınaqdan keçirilməsi

Bütün keçirdiyimiz laboratoriya sınaqlari bizə sonda müştərilərimizə yüksək keyfiyyətli məhsul təqdim etməyimizə imkan yaradır.

STP-nin Polimer Məmulatlar zavodunda keyfiyyətə nəzarət üçün laboratoriya fəaliyyət göstərir. Burada istehsal olunan profilin ГОСТ-а uyğunluğunun yoxlanılması üçün tələb olunan bütün avadanlıqlar mövcuddur.

PVC profillərinə olan tələblər ГОСТ 30673-99-la tənzimlənir, bu profillər ГОСТ tələblərinə tam cavab verir və keçirilən laboratoriya sınaqlarının nəticələri ilə təsdiqini tapır.

Laboratoriyamızda keçirilən bir neçə sınaqlar barəsində sizə məlumat vermək istərdik:

1. Rəngin və parlaqlığın yoxlanılması
Profillərin rəngi və parlaqlığı xüsusi yüksək dəqiqliyi olan avadanlıqlarla yoxlanılır. Rəng göstəriciləri etalonun göstəriciləri ilə müqayisə olunur və etalondan ən minimal fərq yaranan zaman ekstruziya göstəricilərinə düzəliş olunur.

2. Profillərin qaynaq birləşmələrinin möhkəmliyinin yoxlanılması
STP Polimer profillərin yüksək keyfiyyəti onlara qaynaq birləşmələrinin layiqli möhkəmliyini təmin etməyə imkan verir. Qaynaq birləşmələrin möhkəmliyi standarların tələblərindən 2 dəfə artıqdır.

3. Bu göstərici qapı-pəncərə istehsalçıları üçün çox vacibdir. Qaynaq birləşmələrinin yüksək möhkəmliyi hazır qapı və pəncərələrdə sıxma zamanı yarana biləcək zədələrin qarşısını alır.
Zərbəyə qarşı davamlılığın yoxlanılması. Əvvəlcədən 20°C soyudulmuş profil nümunəsinin üzərinə 1 kq çəkisi olan polad çəkic 1,5 m hündürlükdən endirilir. Sınaq 10 ədəd nümünənin üzərində aparılır, profilin səthi üzərində güclə görünən zədələrin və çatların aşkar olunmaması nümunənin sınaqdan uğurla keçdiyini təsdiq edir. 10 nümunədən 9-u sınaqdan uğurla keçdikdə profilə müsbət rəy verilir. STP Polimer profilləri uğurla bu sınaqdan keçirlər.

4. İstiyə qarşı davamlılığın yoxlanılması. Profilin nümunəsi əvvəlcə qızdırıcı dolabda +150°C dərəcəyə qədər qızdırılır, ondan sonra otaq temperaturuna qədər soyudurlar. Bundan sonra nümunə üzərində zədələrin aşkar olunması üçün vizual baxış keçirilir.
İstiliyə davamlılığın yoxlanılmasından sonra STP-nin PVC profillərin üzərində heç bir zədələrin aşkar olunmaması - ekstruziyanın düzgün aparılması, profilin daxilində təbəqələşmiş boşluqların olmamasını sübut edir. Belə neqativ halların bizim profil nümunələrində aşkar olunmaması gələcəkdə qaynaq zamanı heç bir çətinliyin yaranmayacağını göstərir.

5. Profilin həndəsi parametlərinin yoxlanılması. ГОСТ 30673-99 tələblərinə əsasən profilin istehsal zamanı 20 dən artıq parametr daim nəzarətdə saxlanılmalıdır. Təcrübədə bizim mütəxəssislər bütün divarların qalınlıqlarını və ara məsafələrini daim yoxlayırlar.