Qaynaq Quraşdırma Zavodu

Ümumi məlumat

STP-nin ən müasir avadanlıqlarla təchiz olunmuş müəssisələrindən biri də Qaynaq quraşdırma zavodudur. Zavodun qaynaq və quraşdırma sexlərində sifariş əsasında müxtəlif növdə, ölçüdə, çəkilərdə yüngül və ağır metal konstruksiyalar hazırlanır.

STP-nin ən müasir avadanlıqlarla təchiz olunmuş müəssisələrindən biri də Qaynaq quraşdırma zavodudur. Zavodun qaynaq və quraşdırma sexlərində sifariş əsasında müxtəlif növdə, ölçüdə, çəkilərdə yüngül və ağır metal konstruksiyalar hazırlanır. Bununla bərabər, mexaniki yığma sahəsində müxtəlif ölçülü detallar, yüksək təzyiq altında işləyən tutumlar və metal konstruksiyalar da quraşdırılır.

Zavodun qoşqu və yarımqoşquların istehsalı sahəsində hissələrdən "HOWO STP" markalı tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar, səbətlər (STAQ – müxtəlif ölçülü 17, 22, 28), kran maşınlar, sendviç paneldən konteynerlər, istehsal arabaları və s. avtomobillər və məhsullar istehsal olunur, həmçinin, onlara texniki xidmət göstərərək təmir işləri həyata keçirilir.

Qaynaq quraşdırma zavodu iri tikinti layihələrində (Cənubi Kareyanın "Samsung Engineering Co. Ltd."-nin sifarişi əsasında “Karbamid” zavodu üçün, “Ustay” şirkətinin sifarişi əsasında “Socar Polimer” zavodu üçün, “BEC LTD” üçün müxtəlif növ çənlər, platformalar) hazırlanma və quraşdırma işlərinin icrasını həyata keçirdib.

Müəssisədə, həmçinin təyinata uyğun olaraq müxtəlif ölçülərdə və mürəkkəblikdə silos çənlər hazırlanır. Daha sonra sifarişçi ilə bağlanmış müqavilə əsasında yerində quraşdırılması xidməti də göstərilir. Bu zavod son zamanlarda STP ərazisində tikilən istehsal sahələrinin metal konstruksiyalarını, Alüminium və mis profilləri zavodu üçün əritmə sobaları və tablama sobaları hazırlanmışdır.

Ölkə xarici layihələrdə də iştirak edən bu müəssisə, “Qazprom”un sifarişi əsasında Rusiyanın Sankt-Peterburq şəhərində tikilən “Zenit Arena” üçün 105 metr hündürlükdə bayrağ qülləsini uğurla icra edib.