Quru buz

Ümumi məlumat

Bu məhsul qida məhsullarının istehsalı, nəqli və satışı ilə məşğul olan müəssisələr üçün əsl tapıntıdır.

Texniki qazlar zavodunun bu məhsulu aşağıdakı sahələrdə geniş istifadə olunur:

  • Tez korlanan məhsulların nəqli və saxlanılması üçün;
  • Elektrik şəbəkədən uzaq olan yerlərdə dondurma və sərinləşdirici içkilərin quru buzla soyutmaqla satışı zamanı;
  • Tibbi preparatların və materialların saxlanılması və daşınılması üçün;
  • Konsert, şou və bayram tədbirləri keçirildiyi zaman xüsusi effektlərin (məsələn, təhlükəsiz tüstünün) yaradılması üçün;
  • Quru buz gülləri soyudur və onların açılma ( çiçəklənmə) məqamını ləngidir.

“Quru buz” dənəvərləriylə blastinq – müxtəlif səthlərdəki müxtəlif növ sənaye, texnoloji və məişət kirlənmələrinin daha müasir sənaye təmizləmə üsuludur.


Qida sənayesi:

Zəhərlənmə riski olmadığından, quru buz istənilən məhsulun saxlanması və daşınması üçün istifadə edilə bilər.


Antiseptik xüsusiyyətləri:

Saxlama konteynerləri məhsulların oksidləşməsinin və bakteriyaların artımının qarşısını almaq üçün quru buz ilə doldurulur.