Rəhbərlik

Emin Məmmədov

Baş Direktor

1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1992-ci ildə başlayıb. 1997-ci ildən bank sistemində çalışır. 2009-cu ildən “Expressbank” ASC-nin İdarə Heyətinin Sədri seçilib. 2017-ci ildən isə “Expressbank” ASC-nin Müşahidə Şurasının Sədri və eyni zamanda, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunub.

Anar Hacızadə

Baş direktorun müavini

Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini bitirib. Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb. 2009-2017-ci illərdə “Expressbank” ASC-nin, 2017-ci ildən isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Maliyyə şöbəsinin rəhbəri təyin olunub. 2018-ci ildən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktorun müavini vəzifəsində çalışır.

Fərhad Əliyev

Maliyyə-İnzibati idarəsinin direktoru

Azərbaycan Dövlət Neft Akademiyasının “İqtisadiyyat və Menecment” fakültəsini bitirib.Əmək fəaliyyətinə 1999-cu ildə başlayıb. 2009-2014-cu illərdə “TAC” MMC-nin rəhbəri vəzifəsində çalışıb. 2014-2017-ci illərdə “Ucar Aqro” MMC-də departament direktoru, 2017-ci ildən isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin İnzibati işlər şöbəsinin rəhbəri, 2018-ci ildən isə Maliyyə-inzibati idarəsinin müdiri kimi çalışır.

İdris Mustafayev

Konveyer məhsullar istehsalı üzrə director

Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis avtomatika” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə başlayıb. 2007-ci ildə “Azenco” ASC-nin Kabel zavodunun, 2008-ci ildə isə Sumqayıt Texnologiyalar Parkının Meteorologiya şöbəsinin rəhbəri kimi çalışıb. 2014-2015-ci illərdə “STP-TEST” MMC-nin, 2015-2017-ci illərdə isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin İcraçı direktoru təyin olub. 2017-ci ildən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin İstehsalat üzrə direktoru vəzifəsində çalışır.

Rövşən Məmmədov

Qeyri konveyer layihələrinin idarə edilməsi üzrə direktor

24 may 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında Mühəndis iqtisadiyyatı və idarəetmə menecmenti ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2002-ci ildə başlayıb. 2018-ci ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Qeyri-konveyer istehsalat layihələrinin idarə olunması üzrə direktoru vəzifəsində çalışır.

Çinarə Əliyeva

Satış Departamentinin Direktoru

25 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə bakalavr,  Azərbaycan Dövlət  İqtisad və İsveçrənin Beynəlxalq Biznes Universitetlərində Biznesin İdarə edilməsi üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2013-cü ildə başlayıb. 2018-ci ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-də Satış Departamentinin Direktoru vəzifəsində çalışmağa başlayıb.

Leyla Babayeva

İnsan Resursları departamentinin direktoru

Azərbaycan Dillər Universitetinin “Dilşünaslıq” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1999-ci ildə başlayıb. 2013-2017-ci illərdə -"Expressbank" ASC-nin, 2017-ci ildən isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin İnsan resursları departamentinin direktoru vəzifəsində çalışır.

Sevinc İsayeva

İnzibati departamentin direktoru

03 sentyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2007-ci ildə başlayıb. 2018-ci ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Maliyyə - inzibati idarəsinin İnzibati departamentinin direktoru vəzifəsində çalışır.

Polad Cabbarlı

Hüquq departamentinin direktoru

Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə başlayıb. 2007-2009-cu illərdə “Aran Hüquq Firması” MMC-də hüquqşünas vəsizəsində çalışıb. 2009-2012-ci illərdə “Expressbank” ASC-nin Hüquq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Hüquq departamentinin direktoru təyin olunub.

İnarə Cahangirova

Katiblik şöbəsinin müdiri

08 mart 1979-cu ildə Bakı şəhərində anadan olub. Ali İctimai-Siyasi Kollec-də Xarici dil və ədəbiyyatı və filologiya ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ildə başlayıb. 2017-ci ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Katiblik şöbəsinin müdiri vəzifəsində çalışır.

İslam Rzayev

İnformasiya texnologiyaları departamentinin Sistemin idarə edilməsi şöbəsinin müdiri

25 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində Telekommunikasiya, çoxkanallı telekommunikasiya sistemləri üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2010-cu ildə başlayıb. 2018-ci ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin İnformasiya texnologiyaları departamentinin Sistemin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışır.

Rüfət Ağamalıyev

Təhlükəsizlik departamentinin direktoru

12 may 1976-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda İnzibati idarəetmə ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1994-cü ildə başlayıb. 2018-ci ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Təhlükəsizlik departamentinin direktoru vəzifəsində çalışır.