www.stp.az

SENDVİÇ PANELLƏR

Ümumi
məlumat

Sumqayıt Texnologiyalar Parkı sendviç panellərini “STP panel” brendi altında istehsal edir. 

STP-nin Sendviç Panellər Zavodunda bu brend altında Poliuretan və Daş yun sendviç panellər istehsal edilir.  STP panel sendviç panelləri yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək müqaviməti, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir, demək olar ki, bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. İstehsal olunan divar və dam panellərinin alt və üst örtüklərinin uzunlamasına konturu trapesvari olub, qapalı kilidlənəndir və eyni xətlərdə hazırlanır.

SUMQAYIT TEXNOLOGİYALAR PARKI

SENDVİÇ
PANELLƏR

Sendviç panellərinin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir. Panellərin dam və ya divar növlü olmasından asılı olaraq metal lövhələrin arasına izosianat, poliol, pentan və katalizator vurulur. Məhsulların istehsalında 0,45-0,5 mm qalınlıqda eni 1090, 1150 və 1250 mm olan polimer örtüklü dəmir lövhələrdən istifadə edilir. Zavodda Almaniyanın bu sahə üzrə ən yüksək standartlara cavab verən avanlıqlıq istehsalçısı olan “Krauss Maffei” şirkətinə məxsus quraşdırılmış istehsal xəttində saatda 306 m² poliuretan, 180 m² daş yunlu divar və dam sendviç panel istehsal olunur. Poliuratan panellərin sıxlığı 38÷42 kq/m³-dir.

Zavodun istehsalı olan daş yunlu panellər xüsusən yanğın riski yüksək olan binalarda istifadə olunur. Panel istehsalı zamanı sifarişçinin istəyinə uyğun olaraq istənilən qalınlıqda və rəngdə polad təbəqədən istifadə olunur. Panellərin eni bir qayda olaraq 1 metr, uzunluğu isə 3÷15 metrdir. Poliuretan sendviç panel istehsalı zamanı yüksək keyfiyyətli isocyanat, polyol, pentan və katalizator kimi xammallardan istifadə olunur. Hazırda burada istehsal olunan sendviç panellərin qalınlıqları 50,70,100 mm təşkil edir.

Texniki göstəriciləri

  • Sendviç Panel
    Qalınlığı,H mm
  • Dam paneli
    50;
    70;
    100;
  • Divar paneli
    50;
    70;
    100;

Tətbiq edilən əsas sahələr

  • Sənaye zavodlarlı

  • Kommersiya binaları

  • Sosial Strukturlar

  • Elektrik Stansiyaları

Sendviç
panellərin
Üstünlükləri

  • Tez və asan quraşdırma.
  • Mükəmməl istilik izolyasiyası.
  • Yüksək yanğın müqaviməti.
  • Hava və su sızdırmazlığı.
  • Səssiz strukturu.

Təklif al