Socar Polimer Zavodu

Socar Polimer Zavodu

“Socar Polimer” 16 iyul 2016-cı il tarixində təsis edilmişdir.

  • Kateqoriyalar: Sənaye müəssisəsi
  • Yer: Sumqayıt
  • Tikildiyi il: 2016

Beynəlxalq statusu olan “SOCAR Polimer” layihəsi növü və miqyası baxımından son 40 il ərzində Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir.

“Socar Polimer” 16 iyul 2016-cı il tarixində ölkənin kimya sənayesini gücləndirmək məqsədi ilə təsis edilmişdir. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək qurğulardan ibarətdir. Həmin qurğular hal-hazırda Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində inşa edilir və rezidentlərdın biridir. Müəssisə 2018-ci ildə istismara veriləcək.

“Ustay” şirkətinin sifarişi əsasında tikilən zavodu “Sumqayıt Texnologiyalar Parkı” MMC 5000 ton metal konstruksiya, qaynar sinkləmə, sendviç panel, müxtəlif növ kabel və məhsullarla təchiz edib.