Ümumi məlumat

İlk yerli elektron köşk məhsulları - STP terminal

Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək. STP terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir. STP terminalları bütün dövlət qurumlarında, fəaliyyət növündən, sahəsindən asılı olmayaraq istənilən təşkilat və şirkətlərdə istifadə oluna bilər. 

Üstünlüklərimiz

  • Yerli İstehsal

    Yerli İstehsal

    İnnovativ texnologiyaların tətbiqi ilə hazırlanan və tamamilə dünya standartlarına cavab verən terminallarımız “Made in Azerbaijan” brendi altında istehsal edilir.

  • Qiymət

    Qiymət

    Yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir.

  • Texniki Baxış

    Texniki Baxış

    Terminalların texniki baxışı da STP tərəfindən həyata keçirilə bilir.

  • Forma

    Forma

    Terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn oluna, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir.

  • 360 dərəcə görüntü

    360 dərəcə görüntü

    Məhsulların 360 dərəcə görünüşü ilə bağlı kiçik başlıq

Xidmət sahələri

Texniki xüsusiyyətlər

  • İqlim şəraiti

    + 5°C-dən +40°C-ə qədər

  • Nisbi rütubət

    80%-ə qədər

  • Bir monitorlu terminalın qabarit ölçüləri

    470x580x1500

  • İki monitorlu terminalın qabarit ölçüləri

    470x580x1925

  • Oturacağın qabarit ölçüləri

    500x590

Terminallar adətən təhlükəsiz və ya nəzarətin olduğu yerlərdə, insan sıxlığı çox olan yerlərdə quraşdırılır.

Müəssisədə həm qapalı, həm açıq hava şəraitində istifadə olunan, həmçinin divariçi istifadə üçün nəzərdə tutulan və iri monitorlu  terminallarda istehsal olunur.

Gövdənin təsviri

Gövdənin təsviri haqqında kiçik başlıq