Texniki Qazlar

 

Zavodda yüksək ixtisas və təcrübəyə malik mütəxəssislərin çalışması və Avropa standartlarına cavab verən ən son texnologiyaların tətbiqi müəssisənin daxili və xarici bazara yüksək keyfiyyətli məhsullar təklif etməsinə imkan verir. Belə ki, Almaniyanın “CRYOTEC”, “BUSE” və Avropanın digər şirkətlərinin avadanlıqları və tam avtomatlaşdırılmış ən son texnologiyanın tətbiqi indiyə qədər Azərbaycanda öz təmizlik dərəcəsinə görə analoqu olmayan maye və qaz məhsulları istehsal etməyə imkan yaradır.

"STP” MMC-nin Texniki Qazlar zavodunda hal-hazırda maye və qaz halında oksigen (99.97% təmizlikdə, 500 kq/saat), azot (99.9995% təmizlikdə, 550 kq/saat), arqon, (99.9995 %təmizlikdə, 15 kq/saat), maye karbon (99.98% təmizlikdə, 150 kq/saat), quru və dənəvər buz istehsal edilir.

Texniki qazlar neft və qaz sənayesi, neft-kimya məhsulları, kimyəvi maddələr, enerji, polad tökmə istehsalı, tibb sahəsində, şüşə senayesində, elektronika sənayesində, laboratoriyalarda, yanğınsöndürmə sahəsində, metallurgiya sənayesində və ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan qazlardır. Texniki Qazlar zavodunda istehsal olunan maye Karbon və bərk quru buz (külçə və dənəvər formasında) qida məhsullarında istifadə olunur və Respublika Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən gigiyenik sertifikata layiq görülmüşdür.

Texniki qazların silindirlərə doldurulması ən müasir tələblərə cavab verən manifold vakkumlama sistemi ilə təchiz edilmişdir. Belə ki, qaz silindirləri doldurulmadan əvvəl tam vakkumlanır ki, bu da silindirlərdəki məhsulun yüksək keyfiyyətinə təminat verir. Zavoda məxsus parkda kifayət sayda avropada istehsal olunmuş qaz silindirləri mövcuddur.

Bütün istehsal edilən məhsullar Azərbaycan Respublikası Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı almış və həmçinin 2014-cü ildən zavod “İSO 9001:2008 - 9001:2015” keyfiyyət üzrə, (İSO: 18001: 2007) sağlamlığın qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi üzrə , 2016-cı ildə isə (İSO 14001 : 2015) ətraf mühitin qorunması üzrə beynəlxalq sertifikatlarını əldə etmişdir.

Müəssisədə gələcəkdə qaz slindirlərinin təmiri, hidravlik sınağı və rənglənməsi sahəsinin yaradılması, Hidrogen qazı istehsalı qurğusunun alınması və quraşdırılıb işə buraxılması nəzərdə tutulmuşdur.

Texniki Qazlar