Transformator Zavodu

Ümumi məlumat

2009-cu ildə cənab prezident İlham Əliyevin iştirakı ilə istismara verilən Sumqayıt Texnologiyalar Parkında hazırda istehsalla yanaşı, yeni müəssisələrin inşası da davam edir. Belə istehsal sahələrindən bir də Transformator zavodudur.

Artıq tikinti və quraşdırma işləri tamamlanma mərhələsində olan Transformator zavodunda gərginliyi 6 kV-dan 500 kV-ya qədər, gücü 25 kVA –dan 400 MVA-ya qədər olan transformatorların istehsalı nəzərdə tutulmuşdur. STP, bu zavodun işə düşməsi ilə ölkənin gərginlik, ölçü, quru və yağ tipli paylayıcı və güc transformatorlarına olan tələbatını qarşılaya biləcək.

Müəssisədə müasir tələblərə cavab verən və beynəlxalq standartlara uyğun keyfiyyətli məhsullar istehsal etmək üçün ən müasir avadanlıqlar quraşdırılıb. İstehsal zamanı Almaniyanın “GEORG”, “HEDRİCH”, “HİGHVOLT”, İngiltərənin “BWE”, İsveçrənin “HAEFELY”, Avstriyanın “MAG” şirkətlərinin aparıcı texnologiyalarından istifadə olunacaq.