Ümumi məlumat

Ümumi məlumat

Sumqayıt Texnologiyalar  Parkının aparıcı istiqamətlərindən biri də Metal Konstruksiyadır sahəsidir. Zavodlar kompleksi böyüklüyündən və mürəkkəbliyindən asılı olmayaraq istənilən qaynar quraşdırma  işlərini görmək  iqtidarındadır. Müəssisənin ildə 40 000 ton həcmində metal konstruksiyalar hazırlamaq  imkanı var.  Burada müxtəlif konstruksiyaların quraşdırılması, hazırlanması, boyanması və ya qaynar sinklənməsi prosesi həyata keçirilir.

 

Müəssisə istehsalla yanaşı  layihələndirmə xidməti də göstərir. Mütəxəssislərimiz sənayə və mülki istifadə üçün nəzərdə tutulan  obyektlərin, mürəkkəb konstruksiyaların və texnikaların tapşırığa uyğun dizaynını hazırlanırlayır və optimal smetası çıxarır. 

Dövlət Bayraq Meydanının, “Baku Crystal Hall”un, Bakı Olimpiya Stadionunun, Şəmkir çörək zavodunun, İsmayıllı Velosiped zavodunun, Sumqayıt Data Mərkəzinin, Karbamid zavodunun, SOCAR Polimer zavodunun və s. obyektlərin tikintisi zamanı STP-nin hazırladığı yüksək keyfiyyətli metal konstruksiyalardan istifadə edilib.