Xidmətlərimiz

METAL KONSTRUKSİYA

Sumqayıt Texnologiyalar Parkında müxtəlif konstruksiyaların quraşdırılması, hazırlanması, boyanması və ya qaynar sinklənməsi həyata keçirilir. 

 

  • İldə 120 000 ton həcmində metal konstruksiyalar hazırlamaq imkanı,
  • Ölkə əhəmiyyətli “Baku Crystal Hall”, Bakı Olimpiya Stadionu, SOCAR Polimer zavodu və s. uğurlu  əməkdaşlıq,
  • Avropa, Yaponiya və Çin istehsalı olan ən müasir texniki avadanlıqlar və geniş təcrübəli  mütəxəssislər.

ANTİKORROZİA

Park yeni məhsulların qaynar sinklənməsi, korroziya olmuş materialların qumlama əməliyyatı ilə təmizlənməsi və rənglənməsi kimi antikorrozia xidmətləri göstərir.

 

  • İldə  20000 tona qədər Qaynar sinkləmə imkanı,
  • Ölçüləri 14,5x1,4x2,7 metrə qədər olan metal konstruksiyaların avtomatik rejimdə, uzunluğu 18 metrə qədər olan konstruksiyaların əl rejimində sinklənmə seçimi,
  • Qumlama prosesində metal qırıntıları, quru qum, su, alov, aşındırma, buxar istifadəsi və əl ilə və ya mexaniki cihazlar vasitəsilə  etmək imkanı,
  • İstifadə sahəsinə uyğun astar vurulması və rəngləməsi.

DƏQİQ EMAL

STP bütünlüklə CNC texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizmlərinin və  elementlərinin istehsalını həyata keçirir.

  • Ən müasir avadanlıqlar vasitəsilə mürəkkəb konstruksiyalı maşın-mexanizm elementlərinin istehsalı,
  • Böyük Britaniya, Almaniya,Türkiyə,Yaponiya kimi  ölkələrdə  təlim görmüş  mütəxəssislər,
  • Sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və maşın-mexanizmlərinin, cihaz və qurğuların layihələndirilmsəi və sınaqdan keçirilməsi.