AZ
AZ

STP Polymer-ın istehsalat göstəriciləri artıb

03 May 2024

Hero

STP Şirkətlər Qrupuna daxil STP Polymer şirkəti 2024-cü ilin birinci rübü ərzində bir sıra göstəricilər üzrə müsbət nəticələr əldə edib. Belə ki, 2023-ci ilin analoji periodu ilə müqayisədə ümumi satış 1.4 dəfə, ixracat həcmi 17 dəfə, istehsal isə 3 dəfəyə qədər artıb. Həmçinin sözügedən period üzrə şirkətin daxili bazar üzrə satışları da 1.2 dəfə artıb.

STP Polymer şirkətinin ən çox satılan məhsulu polietilen və polipropilen xammalından hazırlanan təzyiqli su, qaz və kanalizasiya borularıdır. Ümumilikdə hər iki məhsulun satışı 2 dəfəyə qədər artıb.

STP Polymer regionda müxtəlif polimer məmulatlarının istehsalı üzrə ən iri sənaye müəssisələrindən biridir. Bütün hazır məhsullar ISO 9001:2008 və ISO 17025:2008 standartlarına uyğun akkreditə olunmuş laboratoriyalarda sınaqdan keçirilir.

Paylaşın: