AZ
AZ

STP Şirkətlər Qrupuna daxil olan zavod Ümid Babək Əməliyyat Şirkəti üçün yüksək təzyiqli çən istehsal edib

29 Aprel 2024

Hero

STP Şirkətlər Qrupuna daxil olan STP Heavy Engineering zavodu Ümid Babək Əməliyyat Şirkətinin sifarişi əsasında yüksək təzyiqli çən istehsal edib və quraşdırılması üçün Daşgil Terminalına təhvil verib. Çənin həcmi 41 kubmetr, uzunluğu 11 000 mm, diametri 2 500 mm, çəkisi isə 13 tondur. Çən qazın emalı prosesində 180 dərəcə əməliyyat temperaturunda istifadə üçün nəzərdə tutulub.

STP Heavy Engineering ölkədə ASME beynəlxalq standartı əsasında yüksək təzyiqli çənlərin istehsalını həyata keçirən yeganə zavoddur. Bu avadanlıqlar həm quruda, həm də dənizdə istifadə üçün nəzərdə tutulub və mühəndislik, istehsalat prosesi Azərbaycan mütəxəssislərin əməyi ilə həyata keçirilir.

Paylaşın: