24 Aprel 2024

Qrup tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” münasibəti ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirilib.
#yashilplanet şüarı altında təşkil olunan tədbirdə qrupa daxil şirkətlərin əməkdaşları ilə yanaşı “Sabahın Gücü” inkişaf proqramının təcrübəçiləri də iştirak etmişlər. Aksiyanın təbiətsevər iştirakçıları 200 ədəd zeytun ağacı əkərək şəhər ərazisinin yaşıllaşdırılması və abadlaşdırılmasına töhfə veriblər. Tədbir çərçivəsində STP Şirkətlər Qrupunun zavodların yerləşdiyi ərazisində də 60 ədəd şam ağacı əkilib.
Bu kimi tədbirlərin təşkil olunmasında məqsəd ətraf mühitin qorunmasına və ekoloji tarazlığın bərpasına dəstək olmaq, təbiətə töhfə verməkdir.