AZ
AZ

STP Şirkətlər Qrupunda 60 ton yük daşıma gücünə malik qoşqular hazırlanır

17 Aprel 2024

Hero

Qrupa daxil “STP Metal Structures” şirkətində tikinti, sənaye habelə kənd təsərrüfatı obyektlərinə müxtəlif təyinatlı yüklərin daşınması zamanı istifadə olunan qoşqu və yarımqoşqular hazırlanır. Bunlardan biri, ağır texnika və avadanlıqların daşınması üçün nəzərdə tutulan 3 oxlu “STP AYDY-60” markalı, 60 ton yükdaşıma qabiliyyətinə malik ağır yükdaşıyan yarımqoşqulardır.

Şirkət ümumilikdə il ərzində 100-ə yaxın bu tipli yarımqoşquların və onların dartıcılarının komplektləşdirilməsini təmin etmək gücünə malikdir. Sözügedən yarımqoşqunun öz çəkisi 15 ton, uzunluğu 15 metr, eni 3.5 metr, yükləmə hündürlüyü isə 1.3 metrdir.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Bakıda və Xankəndində təşkil olunan qələbə paradlarında hərbi texnikanın daşınması və nümayişi zamanı sözügedən yarımqoşqulardan istifadə olunub.

Paylaşın: