AZ
AZ

STP Şirkətlər Qrupunda istehsalat həcmi artıb

09 Fevral 2024

Hero

STP Şirkətlər Qrupuna daxil ASSAN STP Panel şirkətində 2022-ci il ilə müqayisədə məhsullarının satış həcmi 1.8 dəfə, istehsalat həcmi isə 1.9 dəfə artıb.


Həmçinin ASSAN STP Panel şirkətində polikarbonat lövhələrinin istehsal sahəsi genişləndirilib. Əsasən xarici bazarlara satışı həyata keçirilən bu məhsul sendviç panellərə, həmçinin istənilən dam və divar örtüklərinə asan quraşdırılaraq təchiz olunan məkanı günəş şüaları ilə işıqlandırılmasına xidmət edir. Yüksək məhsuldarlığa malik bu məhsul uzunmüddətli və dayanıqlı işıq ötürmə gücü ilə enerji sərfiyatını minimuma endirir.


“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə STP Şirkətlər Qrupu #yashilplanet şüarı altında ətraf mühitin qorunmasına çağırış edir.

Paylaşın: