AZ
AZ

STP Şirkətlər Qrupu velosiped zolaqlarının quraşdırılması layihəsində iştirak edəcək

29 Yanvar 2024

Hero

STP Şirkətlər Qrupuna daxil olan STP Polimer şirkəti Bakı şəhərinin küçələrində velosiped zolaqlarının quraşdırılması layihəsində tərəfdaş şirkət kimi tenderdə qalib olub. Ümumi büdcəsi 535 661 manat təşkil edən layihəyə əsasən STP Polimer 2024-cü il ərzində 7 min ədəd zolaq ayırıcı və qoruyucu dəstlər istehsal edəcək. Onu da qeyd edək ki, Bakı şəhərinin baş planına əsasən 2040-ci ilə kimi 286 kilometrlik ərazini əhatə edəcək zolağın quraşdırılmasına 120 min zolaq ayırıcı dəstlərinin istehsal olunması nəzərdə tutulub. Bu isə öz növbəsində 660 ton tullantının yenidən emal olunması deməkdir.

Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində STP Şirkətlər qrupu “#yashilplanet” sloqanı altında ətraf mühitin qorunmasına çağırış edir. İstehsalat sonrası yaranan tullantılardan ətraf mühitə ziyan vurulmadan səmərəli istifadəsi, nəyinki sözügedən layihədə həmçinin bütün istehsalat zamanı prioritet olaraq qalacaq.

Paylaşın: