29 Dekabr 2023

STP Şirkətlər Qrupunun üzvü olan “STP Global Cable” şirkətinin illik ümumi satış dövriyyəsi ilk dəfə olaraq 100 000 000 manatı keçib.
“STP Global Cable” elektrik avadanlıqları və kabel məhsulları istehsal edir və sinkləmə xidmətləri göstərir. Zavod tanınmış beynəlxalq neft şirkətləri ilə sıx əməkdaşlıq edir və bu şirkətlərlə tərəfdaşlıq çərçivəsində məhsullarını ixrac etməyi planlaşdırır.