07 Dekabr 2023

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2023-cü il yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinq cədvəlində STP Şirkətlər Qrupunun “STP Global Cable” şirkəti yüksək nəticələr nümayiş etdirib.
Hesabata görə ötən ilin eyni dövri ilə müqayisədə ixracat dövriyyəsi 123% artıb. Buna səbəb 2023-cü il ərzində ixrac olunan ölkələrin sayının artması, yeni layihələrin imzalanmasıdır. Hazırda ixracat həyata keçirilən ölkələr sırasında Tacikistan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus və Rumıniya ölkələridir.
Hazırda ABŞ-da bir neçə şirkət ilə danışıqlar aparılır və sözügedən şirkətlərin tələblərinə cavab verən sertifikatların alınması prosesi başlayıb artıq.