25 Aprel 2018

STP Şirkətlər Qrupu sabah Gürcüstanın paytaxtında start götürəcək 22-ci beynəlxalq inşaat və dizayn sərgisi "Caucasus Build 2018"-dəiştirak edir.
Tiflis Ekspo Mərkəzində dörd gün davam edəcək sərgidə 150-dən artıq özəl və dövlət şirkətləri inşaat sektoru üçün istehsal etdiyi məhsulları nümayiş etdirəcək. Sərgini minlərlə qonağın ziyarət etməsi gözlənilir.
Sərgi çərçivəsində STP Şirkətlər Qrupu “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif çeşitli kabellər, kabel kanalları, plastik borular, fitinqlər, sendviç panellər, PVC, alüminium profillər, polikarbonat, armatur və sairə məhsullarınıtəqdim edəcək. Qrupun nümayəndə heyəti sərgi çərçivəsində inşaat sektorunda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparacaq.
Caucasus Build 2018 sərgisində geniş çeşiddə yüksək keyfiyyətli məhsulları rəqabətli qiymətlərlə nümayiş etdirməklə, STP Şirkətlər Qrupu həm Gürcüstanda, həm də xarici ölkələrdə mövcud və gələcək layihələr üçün etibarlı təchizatçı kimi özünü təqdim edir.