12 Aprel 2018

Bu gün “STP Şirkətlər Qrupu Ukraynanın “Xarkov ElektroTyajMaş” şirkəti ilə mühəndislik və sənaye sahələrində birgə əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilənin şərtlərinə əsasən, tərəflər gələcəkdə hər iki ölkənin sənaye sahələrinin inkişaf səviyyəsinin artırılması, yeni texnologiyaların yaradılması istiqamətində səylərini birləşdirəcək. Həmçinin razılaşmanın şərtlərinə əsasən, gələcəkdə hər iki müəssisə təcrübəli kadrların hazırlanmasında, mütəxəssislərin qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər. Bundan əlavə, Ukrayna şirkəti bir çox məhsulun istehsalı üçün xammal, yarımfabrikat və ehtiyat hissələrinin təchizatı ilə bağlı STP Şirkətlər Qrupuna köməklik göstərəcək.