AZ
AZ

Aşağı karbonlu polad istehsalımız beynəlxalq səviyyədə təsdiqləndi!

22 İyul 2026

Hero

STP Şirkətlər Qrupu və Almet Holdingin birgə müəssisəsi olan Almet-STP istixana qazı emissiyalarının ölçülməsi və hesabatlılığı sahəsində mühüm mərhələni uğurla tamamlayıb. Müəssisə TÜV AUSTRIA tərəfindən ISO 14064 standartının tələblərinə uyğun müstəqil verifikasiya əldə edib.

Bu verifikasiya Almet-STP-də istixana qazı emissiyalarının beynəlxalq standartlara uyğun şəkildə ölçüldüyünü, hesablandığını və hesabatlarının müstəqil olaraq qiymətləndirildiyini təsdiqləyir.

Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) çərçivəsində emissiyalar üzrə hesabatlılıq tələblərinin güclənməsi ixracyönümlü sənaye müəssisələri üçün etibarlı və təsdiqlənmiş məlumatların əhəmiyyətini daha da artırır. Əldə olunan verifikasiya Almet-STP-yə beynəlxalq tərəfdaş və müştərilərinə daha şəffaf emissiya məlumatları təqdim etməyə, eyni zamanda yeni tənzimləyici tələblərə hazırlıq səviyyəsini yüksəltməyə imkan verir.

STP Şirkətlər Qrupu yerli istehsalın inkişafına, ölkənin ixrac potensialının gücləndirilməsinə və Azərbaycan sənaye məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş fəaliyyətini davam etdirir.

Paylaşın: