Elektrik Dayaqları

Sumqayıt Texnologiyalar Parkının  enerji sektoru üçün  təklif etdiyi məhsullar sırasında elektrik dayaqları da yer alır. Texnoparkın  Qaynaq Quraşdırma  Zavodunda  istehsal  olunan  elektrik dayaqları  iqlim şəraitinə uyğun olmaqla yanaşı  yüksək standartlara cavab verir. 

Müəssisə yüksək peşəkarların əl əməyi və müasir  texnoloji avadanlıqların tətbiqi ilə müxtəlif metallardan  sadə və  mürəkkəb  dayaqlar istehsal edə bilir.  Belə ki,  sexlərdə İspaniya və İtaliyanın ən müasir avadanlıqları quraşdırılıb.  Məsəl üçün, Geka –ALPS-160 avadanlığı böyük ölçülü  bucaqlı profillərin ştamplanması, markalama və kəsmə işlərinin aparılması üçün daha dolğun həll təklif edir.  Böyük ölçüsü və əla iş xarakteristikası olduğuna görə  ALPS sayəsində böyük həcmlərdə yüksək keyfiyyətli  müxtəlif məmulatları  aşağı xərclərlə istehsal etməyə imkan verir.

STP-nin  məhsulları nəinki Azərbaycan, həmçinin xaricə də satılır. Belə ki, 2016-cı  ildə  Qazaxıstantın “Ala-Arça” elektrik xəttinin çəkilişi zamanı Texnopark böyük həcmdə  elektrik dayaqları ixrac edib. 

Qaynaq Quraşdırma  Zavodu  ay ərzində 500-550 ton  elektrik dayaqları istehsal etmək imkanındadır.

Elektrik Dayaqları