Elektrik Dayaqları
Sumqayıt Texnologiyalar Parkının enerji sektoru üçün təklif etdiyi məhsullar sırasında elektrik dayaqları da yer alır. Texnoparkın Qaynaq Quraşdırma Zavodunda istehsal olunan elektrik dayaqları iqlim şəraitinə uyğun olmaqla yanaşı yüksək standartlara cavab verir.
Müəssisə yüksək peşəkarların əl əməyi və müasir texnoloji avadanlıqların tətbiqi ilə müxtəlif metallardan sadə və mürəkkəb dayaqlar istehsal edə bilir. Belə ki, sexlərdə İspaniya və İtaliyanın ən müasir avadanlıqları quraşdırılıb. Məsəl üçün, Geka –ALPS-160 avadanlığı böyük ölçülü bucaqlı profillərin ştamplanması, markalama və kəsmə işlərinin aparılması üçün daha dolğun həll təklif edir. Böyük ölçüsü və əla iş xarakteristikası olduğuna görə ALPS sayəsində böyük həcmlərdə yüksək keyfiyyətli müxtəlif məmulatları aşağı xərclərlə istehsal etməyə imkan verir.
STP-nin məhsulları nəinki Azərbaycan, həmçinin xaricə də satılır. Belə ki, 2016-cı ildə Qazaxıstantın “Ala-Arça” elektrik xəttinin çəkilişi zamanı Texnopark böyük həcmdə elektrik dayaqları ixrac edib.
Qaynaq Quraşdırma Zavodu ay ərzində 500-550 ton elektrik dayaqları istehsal etmək imkanındadır.
