Əziz dostlar, universiteti yeni bitirmiş məzunlar, sənayedə iş təcrübəsi qazanmaq istəyən gənclər!

Əziz dostlar, universiteti yeni bitirmiş məzunlar, sənayedə iş təcrübəsi qazanmaq istəyən gənclər!

STP Şirkətlər Qrupunun “Sabahın Gücü” ödənişli İnkişaf Proqramı davam edir. 

Növbəti ilin yanvar ayından STP qapılarını yeni təcrübəçilər üçün açaraq, daima üzərində çalışan, yeni biliklər və təcrübəyə yiyələnmək istəyən, ölkəsinə töhfə verəcək potensiallı gənclərin axtarışına başlayır. Bu dəfə daha çox gənc istedadı, müxtəlif ixtisas istiqamətləri üzrə bizə qoşulmağa dəvət edirik. Qeyd edək ki, proqram 6-12 aylıq müddəti əhatə edir. 

 

 “Sabahın Gücü” İnkişaf Proqramı sizə nə verəcək? 

 

* Regionun ən böyük Sənaye şirkətlər qrupunda  işləmək imkanı 

* Yerli və xarici mütəxəssislərdən əldə ediləcək nəzəri və praktiki təcrübə 

* İstehsalat şirkətlərində iş prosesinin iştirakçısı olmaq 

* İş dünyasına ilk uğurlu addım 

* İxtisas yönümlü praktiki təlimlər 

* Texniki İngilis dili 

* Yumşaq bacarıqlar təlimlər 

* Asudə vaxtların faydalı və əyləncəli keçirilməsi 

* Yaxşı dostlar və kolleqalar qazanmaq 

* Əmək haqqı və inzibati xərclərin şirkət tərəfindən ödənilməsi 

  

Kimləri axtarırıq: 

 

* Sənaye mühəndisləri 

* Mexanika mühəndisləri 

* Elektrik mühəndisləri 

* Proseslərin avtomatlaşdırılması mühəndisləri 

* Kimya mühəndisləri 

* İnformasiya Texnologiyaları mühəndisləri 

* Resursların (maliyyə, data, insan, informasiya) idarə edilməsi  

* Qaynaqçılar 

* Dəzgah operatorları 

* Elektriklər 

Qeyd edək ki,  STP-nin hər il keçirdiyi İnkişaf Proqramından 2021-2023-cü illər ərzində 200-dən çox gənc istedad faydalanıb, 2024-cü il üçün hədəflərimiz daha iddialı, proqramımız daha zəngindir. 

İnkişaf Proqramının bir hissəsi olmaq istəyirsinizsə, o zaman CV-nizi mövzu hissəsində ixtisasınızı qeyd etməklə, sabahingucu@stp.az elektron ünvanına və ya  www.stpcareer.com  elektron keçidə daxil olaraq göndərə bilərsiniz 

Biz sizi gözləyirik!