q
www.stp.az
  • SENDVİÇ PANELLƏR

  • SENDVİÇ PANELLƏR

  • SENDVİÇ PANELLƏR

Ümumi
məlumat

Sumqayıt Texnologiyalar Parkı sendviç panellərini “STP panel” brendi altında istehsal edir. STP-nin Sendviç Panellər Zavodunda bu brend altında Poliuretan və Daş yun sendviç panellər istehsal edilir. 

STP panel sendviç panelləri yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək müqaviməti, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir, demək olar ki, bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur.

Istehsal olunan divar panelləri qapalı kilidlənmə sisteminə sahibdir, bu şurup başlıqlarının görünməsini əngəllləyir. Bu da öz növbəsində binanın qüsursuz görünüşünü təmin edir.İstehsal olunan dam panellərinin üstünlüyü isə qabırğalarının sayının çox olmasıdır, bu panelin yük götürmə qabiliyyətini yüksəldir və deformasiya uğramasına imkan vermir.

SUMQAYIT TEXNOLOGİYALAR PARKI

SENDVİÇ
PANELLƏR

Sendviç panellərinin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir. Panellərin dam və ya divar növlü olmasından asılı olaraq metal lövhələrin arasına izosianat, poliol, pentan və katalizator vurulur.

Zavodda ən yüksək standartlara cavab verən Almaniyanın “Krauss Maffei” şirkətinə məxsus avadanlıq quraşdırılmışdır. Bu istehsal xətti saatda 306 m² poliuretan və180 m² daş yunlu sendviç paneli istehsal edə bilir. Poliuratan panellərin sıxlığı 38÷42 kq/m³-dir. Zavodun istehsalı olan daş yunlu panellər xüsusən yanğın riski yüksək olan ərazilərdə istifadə olunur, bu tip panellər yanğına davamlılığı ilə seçilir.

Panel istehsalı zamanı sifarişçinin istəyinə uyğun olaraq istənilən qalınlıqda və rəngdə polad təbəqədən istifadə olunur. Panellərin eni bir qayda olaraq 1 metr, uzunluğu isə 3÷15 metrdir. İstifadəyə hazır məhsulun qalınlıqları 50,70,100 mm təşkil edir.

Texniki göstəriciləri

  • Sendviç Panel
    Qalınlıq(mm)
  • Dam paneli
    50;
    70;
    100;
  • Divar paneli
    50;
    70;
    100;

Tətbiq edilən əsas sahələr

  • Zavod və fabriklər

  • Alış-veriş mərkəzləri

  • Ferma və anbarlar

  • Elektrik Stansiyaları

Sendviç panellərin
Üstünlükləri

  • Tez və asan quraşdırılma
  • Mükəmməl istilik izolyasiyası.
  • Yüksək yanğın müqaviməti.
  • Hava və su keçirməzliyi
  • Səs keçirmir

Təklif al