Havalandırma

Tətbiq sahəsi

Elektrik Avadanlıqları Zavodunun Ventilyasiya sistemlərinin istehsalı və quraşdırılması sahəsi 2011-ci ildən etibarən tam gücü ilə fəaliyyət göstərir. Sahə detalların hazırlanması üçün AUTOCAD və CAM DUCT proqramı ilə idarə olunan “CNC” plazma dəzgahı ilə təchiz olunub

İstehsal olunan boru və birləşdirici aksesuarlar yüksək mərtəbəli binalarin tüstü təmizləmə sistemlərində, idman, fitness və olimpiya komplekslərində, anbarlarda, arxiv və hesablama mərkəzlərində, istənilən təyinatlı (sənaye və qida) istehsal sahələrində, quşçuluq fermaları və broylerdə, yeraltı tunellərdə, nasosxanalarda, yanğın və partlayış təhlükəli zərərli istehsal mühiti olan sahələrdə istifadə olunur.

Məhsulların yüngül çəkidə olması çeşidlərin bolluğu və sifarişə uyğun düzəldilməsi onları fərqləndirən cəhətləridir. Bu məhsullar istənilən ventilyator, aspirator, fan, ruftop və s. sistemləri üçün yararlıdır.

Bu günə kimi müəssəmiz “Azərenerji” ASC-nin müxtəlif obyektlərində (laboratoriya, UPS zalları, dispetçer zalı və s.), “STDC” Məlumat mərkəzində, “AZENCO” ASC-nin sifarişi əsasında hərbi hissələrdə, Mingəçevir H.Əliyev sarayında, “Expressbank”ın filiallarında müxtəlif növ havalamdırma sistemlərini quraşdırıb.

Ventilyasiya borularının hazırlanması zamanı aşağıdakı materiallardan istifadə olunur:

  • Alüminium - 0.6 -1.2mm
  • Sinklənmiş polad - 0.5 -1.0mm
  • Paslanmaz polad - 0.4 - 0.9mm

Sahədə spiral, düzbucaqlı və kvadrat hava kanalları hazırlanır. Spiral boru istehsalı Ø100, 125, 160, 200, 250, 315, 355, 400, 500, 630, 710, 800, 900, 1000, 1120, 1250, 1400 mm-dək borular istehsal olunur. Düzbucaqlı və kvadrat hava kanallarını isə istənilən ölçüdə hazırlamaq mümkündür. Sahə silindirk havalandırma sisteminin bütün aksesuarlarını Ø125 – 1250 intervalında hazırlayan müasir dəzgahlarla təchiz olunub.

  • Keçid (düzbucaqlıdan dairəyə)
  • Üçlük
  • Dirsək
  • Dördlük
  • Mufta
  • Nippel
  • Zont
  • Deflektor
  • Qapaq
  • Aypara.
  • Müxtəliftəyinatlıqutular
  • Dördbucaqlı kanallar
  • S-şəkilli kanallar (dairəvi və dördbucaqlı)
  • Slot qutuları