İstixana

Tətbiq sahəsi

Günümüzdə  istixanalar geniş istifadə  olunmaqdadır. İstixanalar  bitkilərin  sağlam böyüməsi və daha çox məhsul verməsi üçün şəraiti nəzarətdə saxlamağa  imkan yaradır.  Kommersiya  məqsədləri ilə yanaşı istixanalar həm də fərdi  istifadə üçün yarayır.

Sumqayıt Texnologiyalar Parkının İstixanaları  dözümlülük və uzunömürlülüyü ilə seçilir.  İstixanalarda istifadə edilən alminium və polimer borular  STP-nin  müəssisələrində ən yeni texnologiya və avadanlıqlarla istehsal  olunur. 

İstixanalarımız müasir temperatur və nəmişliyə nəzarət avadanlığı, həmçinin sulama sistemləri ilə təchiz olunur. 

Tətbiq sahələri:

  • Fərdi istifadə üçün evə bitişik və ayrı istixanalar
  • Kommersiya məqsədi ilə: tərəvəz, göyərti, gül, dərman və dekorativ bitkiləri və meyvə istehsalı üçün.
  • Balıq istehsalı üçün.

 

Üstünlüklərimiz:

  • Müştərinin istəyinə uyğun dizayn və tərtib mümkündür.
  • İstənilən ölçüdə hazırlamaq mümkündür.
  • Küləyə, yağışa, istiliyə dözümlüdür.