Karbamid Zavodu

Karbamid Zavodu

Karbamid zavodunun təməli 2011-ci ildə qoyulmuşdur.

  • Kateqoriyalar: Sənaye müəssisəsi
  • Yer: Sumqayıt
  • Tikildiyi il: 2014-2017

SOCAR-ın Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur.

Zavod layihəsi Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilib.

Layihənin Mühəndislik, Satınalma və Tikinti (MST) işlərini Samsung Engineering Co, Ltd. şirkəti həyata keçirib.  Zavodun ammonyak istehsalını Danimarkanın Haldor Topsoe, karbamid istehsalını Nidderlandın Stamicarbon B.V şirkəti qurmuşdur.

 

Layihənin tikintisi 2014-cü ilin fevralından başlanmış və 2019-cu ilin əvvəlində SOCAR-ın Karbamid zavodu istismara verilmişdir. Ümumi ərazisi 39.27 hektardır. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz istifadə edilir. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon m3 (gündəlik 1.32 milyon m3) civarındadır. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal etmək mümkündür.