Metal profilli dam örtüyü

Zavodda Türkiyənin “Dönəm makina” şirkətinin və Çin istehsalı olan avadanlıqlar əsasında quraşdırılmış iki cür istehsal xəttində saatda saatda 180 p/m 0,3÷1,2 mm qalınlıqda metal profilli dam örtüyü (profnastil) istehsal etmək mümkündür.

Bir xəttdə qabırğaların hündürlüyü 30 mm, digərində isə 40 və 16 mm–dir. İstehsal olunan profnastillərin eni 1100 və 1090 mm, uzunluğu isə 2÷15 metrdir.

İstehsal etdiyimiz metal profilli dam örtüklərində dalğaların hündürlüyü məhsulun yükgötürmə qabiliyyətini artırdığına görə tikinti-inşaat işləri zamanı sərf olunan materiala qənaət etməyə imkan verir.

 Metal profilli dam örtüyü