Sendviç Panel

Sendviç Panellər zavodu istehsal etdiyi sendviç panelləri çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək müqaviməti, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir, demək olar ki, bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. İstehsal olunan divar və dam panellərinin alt və üst örtüklərinin lonqitudional konturu trapesvari olub, qapalı kilidlənəndir və eyni xətlərdə hazırlanır.

Sendviç panellərinin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir. Panellərin dam və ya divar növlü olmasından asılı olaraq metal lövhələrin arasına izosianat, poliol, pentan və katalizator vurulur. Məhsulların istehsalında 0,45-0,5 mm qalınlıqda eni 1090, 1150 və 1250 mm olan polimer örtüklü dəmir lövhələrdən istifadə edilir. Zavodda Almaniyanın bu sahə üzrə ən yüksək standartlara cavab verən avanlıqlıq istehsalçısı olan “Krauss Maffei” şirkətinə məxsus quraşdırılmış istehsal xəttində saatda 306 m² poliuretan, 180 m² daş yunlu divar və dam sendviç panel istehsal olunur. Poliuratan panellərin sıxlığı 38÷42 kq/m³-dir.

Zavodun istehsalı olan daş yunlu panellər xüsusən yanğın riski yüksək olan binalarda istifadə olunur. Panel istehsalı zamanı sifarişçinin istəyinə uyğun olaraq istənilən qalınlıqda və rəngdə polad təbəqədən istifadə olunur. Panellərin eni bir qayda olaraq 1 metr, uzunluğu isə 3÷15 metrdir. Poliuretan sendviç panel istehsalı zamanı yüksək keyfiyyətli isocyanat, polyol, pentan və katalizator kimi xammallardan istifadə olunur. Hazırda burada istehsal olunan sendviç panellərin qalınlıqları 50,70,100 mm təşkil edir.

STP Sendviç Panelləri zavodunun istehsal etdiyi sendviç panellərin növləri və onların texniki göstəriciləri:

Sendviç panelQalınlığı, H mmUzunluğu, L mmEni, B mm
roof

50;

70;

100;

3000÷15000

1000 (montaj)

wall coverings

50

70;

100

3000÷15000

1000 (montaj)

STP Sendviç panelləri zavodunun istehsal etdiyi sendviç panellərin texniki parametrləri

NGöstəricilər

Norm

1Sıxlıq, kq/m³,38-42
2

İstilik keçirmə əmsalı, W/m•K

0,028
324 saat ərzində havanın nisbi rütubəti 96% olduqda su hopma qabiliyyəti, həcm üzrə %0,1
424 saat ərzində su ilə doyması, həcm üzrə %1
5Möhkəmlik, kq • qüvvə / sm2 
Dartılmada3
Təzyiqdə2,5
Sürüşmədə-
6Elastiklik modulu, kq • qüvvə / sm2100
7Sürüşmə modulu, kq • qüvvə /sm245
8Metal vərəqələrdə isidicinin ilişmə möhkəmliyi, kq•qüvvə/sm2 
Səlis ayrılma zamanı3
Sürüşmə zamanı2,5
 Sendviç Panel