Socar Polimer Zavodu

Socar Polimer Zavodu

“Socar Polimer” 16 iyul 2016-cı il tarixində təsis edilmişdir.

  • Kateqoriyalar: Sumqayıt
  • Yer: Yer
  • Tikildiyi il: 2016

“SOCAR Polymer”  növü və miqyası baxımından son 40 ildə Azərbaycanın neft-kimya sənayesinin ən  önəmli layihələrindəndir

“SOCAR Polymer” şirkəti 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilmişdir. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184000 və 120000 ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilmişdir.

Sumqayıt Texnologiyalar  Parkı “SOCAR Polymer”  zavodunun tikintisi üçün 5000 ton metal konstruksiya, qaynar sinkləmə, sendviç panel, müxtəlif növ kabel və digər məhsullarla təchiz edib.

Layihəni həyata keçirmək üçün “SOCAR Polymer” şirkəti EPC podratçısı kimi İtaliyanın Tecnimont layihə-konstruktor şirkətini, EPC podratçısının fəaliyyətinə nəzarət etmək üçün isə digər aparıcı layihə-konstruktor şirkəti olan Fluor şirkətini PMC podratçısı qismində işə cəlb etmişdir. PMC podratçısının başqa bir məqsədi də milli mühəndis-texniki kadrların ixtisaslarının artırılmasını təmin etməkdən ibarətdir. Bunun üçün Vahid layihə idarə etmə qrupu (IPMT) yaradılmışdır. Fluor şirkəti milli mühəndis-texniki kadrları və digər mütəxəssislər üçün Amsterdamda, Milanda və Mumbayda təşkil etdiyi ixtisaslı kurslar çərçivəsində xüsusi ixtisasartırma proqramları tətbiq etmişdir.

SKSP-nin yaradılmasının əsas məqsədi Azərbaycanda iqtisadi inkişafının sürətləndirilməsi və innovasiyalar sahəsində aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət gücünün artırılmasından ibarətdir. Tam infrastruktur dəstəyi, vergilərdən əhəmiyyətli dərəcədə azad olmalar və icazələrin əldə edilməsi üçün vahid pəncərə rejimi təmin etməklə SKSP sənayedə novator təşəbbüslərinə dəstək verir.

“SOCAR Polymer” şirkətinin zavodları SKSP-nin ərazisində yerləşir. SKSP-də tam infrastruktur dəstəyi təmin olunur, vergilərdən əhəmiyyətli dərəcədə azad olmalar və icazələrin əldə edilməsi üçün vahid pəncərə metodu tətbiq edilir. Bununla da SKPS sənaye sahəsində innovativ təşəbbüslərə dəstək verir.