“STP” MMC - AÇIQ TENDER ELANI No. TND-005-22

“STP” MMC - AÇIQ TENDER ELANI No. TND-005-22

 

Tenderin elan tarixi: 13.12.2022

Tender 2 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış (plomblanmış) şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər. Tenderin predmeti olan xidmətləri yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender iştirakçısı tərəfindən üçüncü tərəflərin (subpodratçıların) işlərin müəyyən hissəsinin icrasına cəlb edilməsi nəzərdə tutulmuşdursa, həmin üçüncü tərəflər və işlərin hansı hissəsinin onlara həvalə ediləcəyi barədə ətraflı məlumat, eləcə də təsdiqedici sənədlər təqdim edilməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlərin müvafiq sahə üzrə ən azı 3 (üç) il iş təcrübəsi olması tələb olunur.

 Tenderin adı: Sərnişin daşıma xidməti (servis) təşkili

 

İştirakçılar iş həcminə və tələblərə dair əlavə məlumatı (marşrutlar, qrafiklər və s.) AZ5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ünvandan (əlaqələndirici şəxs: Ozal Əhmədli, telefon: 050 246 52 69, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.