STP Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edəcək.

STP Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edəcək.

15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə qrupa daxil “STP Polymer”, “SOCAR STP” və “ASSAN STP” şirkətləri iştirak edəcək.

Şirkətlər qrupuna aid stenddə müxtəlif təyinatlı borular, fitinqlər, təzyiqli su və qaz boruları, koruge, drenaj, damcılı suvarma boruları, dam və divar panelləri kimi məhsulların nümunələrini sərgilənəcək.

Məlumat üçün qeyd edək ki, “Caspian Agro” sərgisi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir.