STP Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir.

STP Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir.

Bu gün Bakı Ekspo Mərkəzində start götürən sərgidə qrupa daxil “STP Polymer”, “SOCAR STP” və “ASSAN STP”şirkətləri iştirak edir.
Sərgidə müxtəlif təyinatlı borular, fitinqlər, təzyiqli su və qaz boruları, koruge, drenaj, damcılı suvarma boruları, dam və divarpanelləri kimi məhsulların nümunələri 3 gün ərzində 3A310 nömrəli stendə ziyarətçilər üçün sərgilənəcək.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990  Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.