STP Şirkətlər Qrupu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edəcək.

STP Şirkətlər Qrupu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edəcək.

4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə qrupa daxil “STP Polymer”, “SOCAR STP” və “Global Cable” şirkətləri iştirak edəcək.

Sərgidə müxtəlif təyinatlı borular, fitinqlər, təzyiqli su və qaz boruları, koruge, drenaj, damcılı suvarma boruları, müxtəlif kabel nümunələri, dizel generatoru, ödəmə və növbə terminalları kimi məhsulların nümunələri 3 gün ərzində 2C232 nömrəli stenddə ziyarətçilər üçün sərgilənəcək.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990  Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.