STP Şirkətlər Qrupu İanə sertifikatı ilə təltif olunub

STP Şirkətlər Qrupu İanə sertifikatı ilə təltif olunub

Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində keçirilən “Təhsildən tərəqqiyə” adlı tədbirdə STP Şirkətlər Qrupu təhsilin inkişafına yönəldilmiş layihələrə dəstəyinə görə ianə sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, artıq bir ildir ki, STP Şirkətlər Qrupu “Sabahın Gücü” adlı inkişaf proqramını həyata keçirir. Bu günə qədər sözügedən proqramdan 200-dən çox gənc istedad faydalanıb. Onların arasında  həm mühəndislik, həm texniki ixtisaslar üzrə məzunlar olub. 2024-cü il üçün hədəflər daha iddialı, proqram daha zəngindir. Layihənin məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri üzrə və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir.

İnkişaf proqramına qoşulmaq üçün, tərcümeyi-halınızı mövzu hissəsində ixtisasınızı qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərsiniz.