STP Şirkətlər Qrupu satış distributorunun seçilməsi ilə əlaqədar müsabiqə elan edir.

STP Şirkətlər Qrupu satış distributorunun seçilməsi ilə əlaqədar müsabiqə elan edir.

Qrupa daxil “STP Global Cable” şirkəti kabel məhsullarının satışının həyata keçirilməsinə dair rəsmi distributorunun seçilməsi ilə bağlı müsabiqə elan edir.

Sözügedən şirkət tərəfindən həyata keçirilən müsabiqə nəticəsində kabel məhsullarının eksklüziv və standart distributorluğunu həyata keçirəcək şirkətlər seçiləcək. Müsabiqədə iştirak etmək üçün müvafiq hüquqi sənədlər və təkliflər qapalı və möhürlü zərfdə 25.07.2024-cü il tarixinədək, iştirakçılar tərəfindən Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsi ünvanında yerləşən “STP Global Cable” şirkətinin Satınalma şöbəsinə göndərilməlidir.


Müsabiqədə iştiraka dair əsas şərtlər toplusu aşağıdakı kimidir:

 * Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Müsabiqə elanı tarixindən sonrakı tarixə müvafiq vergi orqanı tərəfindən təqdim olunmalıdır.);

*  İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (2023-cü il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir.);

*  İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (Müsabiqə elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır. Məktubun əsli təqdim edilməlidir)

*   Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir.);

*  İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Statistika Komitəsi tərəfindən əldə edilmiş olmalı. Sənəd rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir, 10.05.2024-ci il tarixindən sonra alınmış olmalıdır.);

*  İddiaçılar müvafiq işlərin həyata keçirilməsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), işçi qüvvəsinin, texniki imkanlarının olması barədə məlumatlar əlavə edilməlidir.

*  İddiaçı son 3 il ərzində ortalama 4 milyon AZN-lik kabel satışıməhsullarının satışına dair təcrübəsi olmalıdır. Anoloji müqavilələr təqdim etməlidir.

*  Kabel məhsulu satdığı şirkətlərdən referans məktubu əlavə etməlidir. (ən azı 3 fərqli müştəridən referans məktubu əlavə edilməlidir)

Eləcədə iştirakçılar “STP Global Cable” şirkətinin satınalma bölməsinə elektron məktub (gcprocurement@stp.az) ünvanlayaraq müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərlər.
STP Şirkətlər Qrupunun təqdim etdiyi bütün məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək də əldə etmək mümkündür.