STP Şirkətlər Qrupunun baş icraçı direktoru Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edib.

STP Şirkətlər Qrupunun baş icraçı direktoru Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan forum ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunub.  

Forumun “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” panelində çıxış edən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov müdafiə sənayesi istiqamətində ölkəyə yeni texnologiyaların gətirilməsində qurumun rolundan və öhdəliklərindən, eləcədə uzunmüddətli perspektivdə, müdafiə sənayesi məhsul və xidmətlərinin istehsalının dayanıqlı və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi istiqamətində şirkətlər qrupunun planlarından danışdı.  

Əlavə məlumat üçün qeyd edək ki, iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olundu. 

Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak ediblər.