STP Şirkətlər Qrupunun əməkdaşları sağlam həyat tərzini təbliğ edir!

STP Şirkətlər Qrupunun əməkdaşları sağlam həyat tərzini təbliğ edir!

Belə ki, qrupa daxil şirkətlərin idman sevər əməkdaşlarının iştirakı ilə paytaxtın mərkəz küçələrində velosiped turu təşkil edilib.  60-a yaxın iştirakçısı olan velo yürüşün əsas məqsədi asudə vaxtın səmərəli keçirilməsi, işçilər arasında ünsiyyət üçün fürsətin yaradılması və sağlam həyat tərzinin təbliğidir.

 “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində baş tutan tədbir paytaxtda yeni salınan velosiped zolaqları boyu həyata keçirilib. Beləliklə, ətraf mühitin qorunmasına çağırış edən tədbir iştirakçıları, həmçinin velosipedin səmərəli “eko” nəqliyyat növü olduğunu bir daha nümayiş etdirmiş olublar.   

Yürüş öncəsi iştirakçılarla görüşən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov Azərbaycan Velosiped Federasiyasına dəstəyinə görə təşəkkür edib, iştirakçılara isə bu kimi sağlam həyat tərzini təbliğ edən tədbirlərin davamlı olmasını arzu edib.

Qeyd edək ki, velosiped zolaqlarında quraşdırılan 600 ədəd zolaq ayırıcı və qoruyucu dəstlər qrupa daxil “STP Polymer” şirkətində istehsal olunub. Həmçinin, 2024-cü ilin sonunadək 6400 ədəd, Bakı şəhərinin baş planına əsasən 2040-ci ilə kimi isə 286 kilometrlik ərazini əhatə edəcək zolağın quraşdırılması üçün 120 min zolaq ayırıcı dəstlərinin istehsalı nəzərdə tutulub. Bu isə öz növbəsində 660 ton tullantının yenidən emal olunması deməkdir. Belə ki, sözügedən şirkətin istehsalat sahələrində polietilen, plastik, polikorbonat kimi parçalanmayan materiallar yenidən emal olunaraq xammala çevrilir və istehsalatda ikinci dəfə istifadə edilir.

Planetimizi bir gün deyil, hər gün qoruyaq!

#yashilplanet