Təzyiq çənləri və istilik dəyişdiricilər

“Seoul Machinery” 20 ildən artıqdır ki, dünyada mədənçilik, nüvə və infrastruktur-tikinti sahələrində fəaliyyət göstərən tanınmış şirkətlərdən biridir. Əməkdaşlıq çərçivəsində bəzi yarımfabrikat materiallar Cənubi Koreyadan təmin edilir, onların istehsalat menecerləri və mühəndislərinin iştirakı ilə regionda yalnız 120 mm qalınlığa qədər təzyiq çənləri, uzunluğu 60 metrə qədər silindrik çənlər, qüllələr, müxtəlif istilik dəyişdiricilərin istehsalı STP-də həyata keçirilir.

SERTİFİKAT:
Amerika Mühəndis Mexaniklar Cəmiyyəti (ASME) tərəfindən müəssisədə təzyiq çənlərinin istehsalı ilə bağlı 28 mart 2018-ci il tarixində audit yoxlanması keçirilib. İstehsal olunan məhsullar tələb olunan standartlara tam cavab verib və STP-yə ASME VIII akkreditasiya sertifikatı verilib. Bizim müəssisəmiz U, U2, S və R möhürlərinə malikdir.

Təzyiq çənləri və istilik dəyişdiricilər