Kənd təsərrüfatı məhsulları üçün PE qutular

Qablaşdırma texnologiyasının təkmilləşməsi bu məhsulların daşınması və saxlanılması zamanı yaranan itkilərin qarşısını alır və məhsulun keyfiyyətinin qorunub saxlanmasını təmin edir. Məlumdur ki, ərzaq məhsullarının və malların daşınması və qorunub saxlanılmasında ən effektiv vasitə çoxişlənən plastik taralardır.

STP-də yüksək keyfiyyətli polietilendən istənilən çeşiddə taralar istehsal olunur. İstehlakçıya təklif olunan çoxdəfəli, çoxişlənən qutular meyvə, tərəvəz, göbələklər, giləmeyvə, göyərti və şitillərin qablaşdırıl-masında istifadə oluna bilər.

Divarlarının və dibinin şəbəkəli-məsaməli olması plastik qutudan nəmliyin və kondensatın təbii yolla kənarlaşmasını təmin edir. Bundan əlavə, qutunun məsaməli olması onun çəkisini yüngülləşdirir, məsamələrin kənarındakı konstruktiv qabırğalar isə qutuya möhkəmlik və dözümlülük verir. 400x300x180 mm və 500x300x200 mm ölçülərində buraxılır.

Plastik meyvə qutularının aşağıdakı üstün keyfiyyətləri mövcuddur:

  • Dayanıqlıdır və daşınma zamanı sürüşmür.
  • (-40°C) soyuğa və (+80°C) temperatura qarşı dayanıqlıdır.
  • Temperatur dəyişmələrinə qarşı müqavimətlidir.
  • Metal və taxta qutulara nəzərən çox daha yüngüldür və bu da daşınma zamanı bir sıra problemlərin qarşısını alır.Mismar və kəsici dəmir hissələri olmadığı üçün daşınılan məhsula heçbir zaman zərər vermir.
  • Qida maddələri ilə təmasda olmağında heç bir təhlükə yoxdur.
  • Sağlam və gigiyenikdir.Asan təmizlənir, heç bir şəkildə nəm, göbələk və kif saxlamır.
  • 100% geri dönüşümü olduğundan ətraf mühiti kirlətmir və meşələrin kəsilməyinə mane olur.
  • Boş şəkildə daşındığı zaman taxta və metal qutulara nəzərən daha yüngül olduğundan 75%-ə qədər daha ucuz başa gəlir (boş daşınması).
  • Taxta qutulardan daha uzun müddətli istismar müddətinə sahibdir.
 Kənd təsərrüfatı məhsulları üçün PE qutular